Tarix:15/03/13
Eyni zamanda bu proses istifadəçilərə nömrə yığımında rahatlıq və sistemlilik yaradır. Yenilik kanallardan səmərəli istifadə edilərək, bölgələr üzrə alternativliyin təmin edilməsi, zona kodlarından səmərəli istifadə olunması və yeni xidmətlərin tətbiqi sahəsində də xüsusi əhəmiyyətə malikdir.
Bu məqsədlə bölgələr üzrə abunəçilərin mövcud telefon nömrələri saxlanılıb və həmin telefon nömrələrinin qarşısına müvafiq prefikslər əlavə edilib.
Respublika şəbəkəsinin vahid "XXX XX XX" formatlı nömrələnmə sisteminə keçirilməsi və zonalar nəzərə alınmaqla müxtəlif şəhər və rayonlara vahid zona kodları üzərindən yığımların təşkil edilməsi üçün ölkə üzrə cəmi 10 ədəd yeni zona kodlarından istifadə təşkil edilib. Yeni nömrələnmə planında Bakı və Sumqayıt şəhərləri, həmçinin Naxçıvan Muxtar Respublikasının zona kodları (analoji olaraq 012, 018 və 036 zona kodları) olduğu kimi saxlanılıb.
Qeyd edək ki, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilən Azərbaycana Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən beynəlxalq yığımların təşkil edilməsi məqsədi ilə 994 ölkə kodu ayrılıb. Şəbəkənin standartlara uyğun təşkil edilməsi məqsədi ilə Azərbaycanda "Nömrələnmə sistemi və perspektiv nömrələnmə planı" 20.04.2001-ci il tarixli 14 nömrəli kollegiya qərarı ilə təsdiq edilib.
Həmin dövrdə "Xüsusi xidmətlər" üzrə yığımlar "0X", şəhərlərarası və beynəlxaq istiqamətlər üzrə yığımlar isə "8 və 8-10" vasitəsi ilə həyata keçirilirdi. Nömrələnmə planında Bakı şəhəri üzrə "XXX XXX", bölgələr üzrə isə "XXX XX" və ya "XXX" formatı tətbiq edilirdi.
BTİ-nin tövsiyələri nəzərə alınaraq, Azərbaycanda 2002-ci ildən etibarən "Xüsusi xidmətlər" üzrə yığımlar "1XX", 2003-cü ildən isə şəhərlərarası və beynəlxaq istiqamətlər üzrə yığımlar "0" və "00"-la əvəz edilib. 2004-cü ildə Bakı şəhəri və Abşeron yarımadasında, 2005-ci ildə Sumqayıt şəhərində və 2010-cu ildə Naxçıvan şəhərində standart 7 rəqəmli (XXX XX XX- zona kodu nəzərə alınmadan) yığımlar təşkil olunub.
2011-ci ildə respublikanın telekommunikasiya şəbəkəsinin tam elektronlaşdırılmasını nəzərə alaraq, ölkə ərazisində telekommunikasiya şəbəkəsinin vahid 7 rəqəmli nömrələmə sisteminə keçirilməsi üçün "Yeni zona kodlarının tətbiqi" barədə təkliflər hazırlanaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elmi-Texniki Şurasının müzakirəsinə təqdim edilərək təsdiqlənib.
Yeni zona kodlarının tətbiqinə 01.08.2011-ci il tarixindən başlanılıb, şəhərlərarası və beynəlxalq istiqamətlərdən daxil olan çağırılar yeni yığımlarla təşkil edilib və bu vaxtadək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilib.
Yeni sistemə keçidlə əlaqədar olaraq isə artıq aprelin 1-dən köhnə yığım qaydası tam dayandırılacaq və yalnız yeni format tətbiq ediləcək. Yığım zamanı ətraflı məlumata ehtiyac duyularsa, əhali yerli telekommunikasiya qovşaqları, "Aztelekom" İB-yə və ya müxtəlif internet resurslarına müraciət edə bilərlər.
Kodlarla burda tanış olmaq olar.
Həqiqət İSABALAYEVA
Yeni zona kodlarının tətbiqi prosesi istifadəçilərə nömrə yığımında rahatlıq yaradacaq
Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün yeni zona kodlarının tətbiqi ilk növbədə nömrə resurslarından səmərəli istifadəyə imkan verir. Yeni zona kodlarının tətbiqi nəticəsində şəbəkənin vahid 7 rəqəmli (XXX XX XX) nömrələnmə sisteminə keçirilməsi rayon, şəhər və qəsəbələr üzrə mövcud olan 66 ədəd zona kodlarının 10 ədəd zona kodları ilə əvəz edilməsi, standart yığım formatının tətbiq edilməsi üçün əlverişli şərait yaradıb.Eyni zamanda bu proses istifadəçilərə nömrə yığımında rahatlıq və sistemlilik yaradır. Yenilik kanallardan səmərəli istifadə edilərək, bölgələr üzrə alternativliyin təmin edilməsi, zona kodlarından səmərəli istifadə olunması və yeni xidmətlərin tətbiqi sahəsində də xüsusi əhəmiyyətə malikdir.
Bu məqsədlə bölgələr üzrə abunəçilərin mövcud telefon nömrələri saxlanılıb və həmin telefon nömrələrinin qarşısına müvafiq prefikslər əlavə edilib.
Respublika şəbəkəsinin vahid "XXX XX XX" formatlı nömrələnmə sisteminə keçirilməsi və zonalar nəzərə alınmaqla müxtəlif şəhər və rayonlara vahid zona kodları üzərindən yığımların təşkil edilməsi üçün ölkə üzrə cəmi 10 ədəd yeni zona kodlarından istifadə təşkil edilib. Yeni nömrələnmə planında Bakı və Sumqayıt şəhərləri, həmçinin Naxçıvan Muxtar Respublikasının zona kodları (analoji olaraq 012, 018 və 036 zona kodları) olduğu kimi saxlanılıb.
Qeyd edək ki, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilən Azərbaycana Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən beynəlxalq yığımların təşkil edilməsi məqsədi ilə 994 ölkə kodu ayrılıb. Şəbəkənin standartlara uyğun təşkil edilməsi məqsədi ilə Azərbaycanda "Nömrələnmə sistemi və perspektiv nömrələnmə planı" 20.04.2001-ci il tarixli 14 nömrəli kollegiya qərarı ilə təsdiq edilib.
Həmin dövrdə "Xüsusi xidmətlər" üzrə yığımlar "0X", şəhərlərarası və beynəlxaq istiqamətlər üzrə yığımlar isə "8 və 8-10" vasitəsi ilə həyata keçirilirdi. Nömrələnmə planında Bakı şəhəri üzrə "XXX XXX", bölgələr üzrə isə "XXX XX" və ya "XXX" formatı tətbiq edilirdi.
BTİ-nin tövsiyələri nəzərə alınaraq, Azərbaycanda 2002-ci ildən etibarən "Xüsusi xidmətlər" üzrə yığımlar "1XX", 2003-cü ildən isə şəhərlərarası və beynəlxaq istiqamətlər üzrə yığımlar "0" və "00"-la əvəz edilib. 2004-cü ildə Bakı şəhəri və Abşeron yarımadasında, 2005-ci ildə Sumqayıt şəhərində və 2010-cu ildə Naxçıvan şəhərində standart 7 rəqəmli (XXX XX XX- zona kodu nəzərə alınmadan) yığımlar təşkil olunub.
2011-ci ildə respublikanın telekommunikasiya şəbəkəsinin tam elektronlaşdırılmasını nəzərə alaraq, ölkə ərazisində telekommunikasiya şəbəkəsinin vahid 7 rəqəmli nömrələmə sisteminə keçirilməsi üçün "Yeni zona kodlarının tətbiqi" barədə təkliflər hazırlanaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elmi-Texniki Şurasının müzakirəsinə təqdim edilərək təsdiqlənib.
Yeni zona kodlarının tətbiqinə 01.08.2011-ci il tarixindən başlanılıb, şəhərlərarası və beynəlxalq istiqamətlərdən daxil olan çağırılar yeni yığımlarla təşkil edilib və bu vaxtadək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilib.
Yeni sistemə keçidlə əlaqədar olaraq isə artıq aprelin 1-dən köhnə yığım qaydası tam dayandırılacaq və yalnız yeni format tətbiq ediləcək. Yığım zamanı ətraflı məlumata ehtiyac duyularsa, əhali yerli telekommunikasiya qovşaqları, "Aztelekom" İB-yə və ya müxtəlif internet resurslarına müraciət edə bilərlər.
Kodlarla burda tanış olmaq olar.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1709
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı