Tarix:01/08/11
RİTN-də yoxsulluğun azaldılması üzrə Tədbirlər Planı təsdiq edilib
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid bəndlərinin yerinə yetirilməsinə dair nazir Əli Abbasov tərəfindən Tədbirlər Planı təsdiq edilib. Belə ki, 2011-2015-ci illər ərzində dövlət dotasiyaların mərhələlərlə aradan qaldırılması məqsədilə tariflərin iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması üçün müvafiq işlər görüləcək. Bundan başqa, universal poçt xidmətləri tariflərinin (maya dəyərinə uyğunlaşdırmaqla) yenidən hazırlanması və Tarif Şurasına təqdim olunması, poçt əmanət sisteminin inkişaf etdirilməsi, ölkədaxili və beynəlxalq ödəniş sistemlərinə inteqrasiya üzrə tədbirlərin davam etdirilməsi, əhalidən depozit qəbulu və mikrokreditlərin verilməsi xidmətlərinin təşkili üçün Mərkəzi Bankla zəruri hüquqi, texniki və təşkilati məsələlərin həll edilməsi nəzərdə tutulub. “Elektron hökumət”in formalaşdırılmasının “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”na, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”na (Elektron Azərbaycan)” və “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun həyata keçirilməsi də Tədbirlər Planına daxil edilib.Baxış sayı: 1027
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı