12px13px15px17px
Tarix:16/03/13

MNP sisteminin istismara verilməsi mobil rabitə xidmətləri bazarında kəskin rəqabəti stimullaşdıracaq

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın zamanda mobil rabitə şəbəkələrində nömrələrin daşınması (MNP) sistemini istismara vermək niyyətindədir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tənzimləmə şöbəsinin rəhbəri Əliyar Təmirovun “ICTnews”-a verdiyi məlumata əsasən, sistem yaxın 1-2 ay ərzində istifadəyə veriləcək. «İlkin mərhələdə biz xidməti mobil rabitə şəbəkələrində istifadəyə vermək niyyətindəyik, gələcəkdə isə sistemin, stasionar şəbəkədə də nömrələrin daşınmasına imkan verən versiyası təqdim ediləcək », - deyə Ə. Təmirov bildirib.

Güman edilir ki, MNP-nin istismara verilməsi mobil rabitə operatorları arasında rəqabətin kəskinləşməsinə səbəb olacaq, çünki artıq abunələr 10 rəqəmli mobil telefon nömrələrini itirmədən operator şəbəkəsi seçə biləcəklər, hətta keçmiş operatorun şəbəkəsində istifadə edilən prefiks dəyişilmədən.

Belə olduqda, operatorlar diqqəti əsasən şəbəkədaxili xidmətlərin təkmilləşdirilməsində və bonusların təqdim edilməsində cəmləşdirəcəklər, abunələr isə, çox güman ki, əsas ünsiyyət mühitlərinin üstünlük verdiyi operatoru seçərək qruplaşacaqlar.

Aynur Vəliyeva



Baxış sayı: 890

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024