Tarix:16/03/13
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına əsasən, forumda əsasən enerji texnologiyası, su və saflaşdırma, ərzaq, telekommunikasiya və peyk, böyük miqyaslı infrastruktur layihələri müzakirə olunmuşdur. Tədbirdə Fransa və Azərbaycanın dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Forumda Avropa-Azərbaycan Cəmiyyətinin nümayəndəsi Vanessa Ren və Fransanın Azərbaycandakı ilk səfiri və hazırda Fransa-Azərbaycan Ticarət Palatasının sədri Jan Perrən, Fransa Xarici İşlər Nazirliyinin Qafqaz və Orta Asiya ölkələri üzrə şöbənin direktor müavini Fransua Delaus, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış ediblər.
Tədbirdə AZPROMO-nun İnvestisiyaların Təşviqi Departamentinin direktoru Natiq Mədətov ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr və Azərbaycanda kənd təsərrüfatı sahəsi və bu sahədə mövcud investisiya və ixrac imkanları barədə təqdimatlarla çıxış ediblər.
Sonda Azərbaycan və Fransa şirkətləri arasında ikitərəfli görüşlər keçirilib.
Parisdə Azərbaycanın investisiya və ixrac imkanlarına dair təqdimatı keçirilib
Azərbaycanın Fransadakı səfirliyi və Fransa-Azərbaycan Ticarət Palatasının əməkdaşlığı ilə Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Parisdə "Azərbaycan: Qafqazın lokomotivi-investisiya potensialı və imkanları" mövzusunda biznes forumu keçirilib.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına əsasən, forumda əsasən enerji texnologiyası, su və saflaşdırma, ərzaq, telekommunikasiya və peyk, böyük miqyaslı infrastruktur layihələri müzakirə olunmuşdur. Tədbirdə Fransa və Azərbaycanın dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Forumda Avropa-Azərbaycan Cəmiyyətinin nümayəndəsi Vanessa Ren və Fransanın Azərbaycandakı ilk səfiri və hazırda Fransa-Azərbaycan Ticarət Palatasının sədri Jan Perrən, Fransa Xarici İşlər Nazirliyinin Qafqaz və Orta Asiya ölkələri üzrə şöbənin direktor müavini Fransua Delaus, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış ediblər.
Tədbirdə AZPROMO-nun İnvestisiyaların Təşviqi Departamentinin direktoru Natiq Mədətov ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr və Azərbaycanda kənd təsərrüfatı sahəsi və bu sahədə mövcud investisiya və ixrac imkanları barədə təqdimatlarla çıxış ediblər.
Sonda Azərbaycan və Fransa şirkətləri arasında ikitərəfli görüşlər keçirilib.
Baxış sayı: 648
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır