12px13px15px17px
Tarix:18/03/13

Rusiyada internet istifadəçilərinin sayı artıb

Rusiyada bir il ərzində gün ərzində internetə ən azı bir dəfə daxil olan həddi-büluğa çatmış vətəndaşların sayı 13% artıb. "İctimai rəy" fondunun 2012-2013-cü illərin qış ayları üzrə məlumatına əsasən, gündəlik 50.1 milyon rusiyalı və ya ölkənin həddi-büluğa çatmış vətəndaşlarının 43%-i internetdən istifadə edir.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, ay ərzində Rusiyanın həddi-büluğa çatmış vətəndaşlarının ən azı 64.4 milyonu internetdən istifadə edir. 2011-2012-ci illərin qış ayları ilə müqayisədə internet auditoriyasının aylıq artımı 11% olub.

Rusiyada internetin nüfuzetmə səviyyəsinə görə Şimal-Qərb Federal dairəsi liderdir: burada vətəndaşların 62%-i internetdən istifadə edir. Fondun proqnozuna əsasən, 2013-cü ilin yayında Rusiyada internetin nüfuzetmə səviyyəsi 66-67% təşkil edəcək.

Emil Hüseynov



Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024