Tarix:18/03/13
"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən RMİ-dən bildirilib ki, Azərbaycan Riyaziyyat Cəmiyyətinin təşkil etdiyi beynəlxalq konfransın rəsmi dillərinə Azərbaycan, ingilis və rus dilləri daxildir. Konfransın mövzularına gəlincə, riyaziyyat sahəsi üzrə "Funksional analiz", "Operatorların spektral nəzəriyyəsi", "Approksimasiya nəzəriyyəsi", "Diferensial tənliklər", "Harmonik analiz və funksiyalar nəzəriyyəsi", "Qeyri-səlis nəzəriyyə", "Ehtimal nəzəriyyəsi və riyazi statistika" və "İdarəetmə nəzəriyyəsi" daxildir. İnformatika üzrə mövzulara isə "Süni neyron şəbəkələr", "Qeyri-səlis sistemlər", "Kompüter şəbəkələri və sistemləri", "Qərar qəbuletmə sistemləri, "Obrazların tanınması", "Təbii dillərdə yazılmış mətnlərin işlənməsi", "Proqram təminatının hazırlanması", "İnternet proqramları və veb-xidmət", "İnformasiya Təhlükəsizliyi", "İnformasiya texnologiyaları və kompüter təhsili", "Nanotexnologiya" daxildir.
Konfransa göndəriləcək tezislərin son qəbul tarixi aprelin 1-də yekunlaşır. Tezislər konfrans başlanana qədər nəşr olunacaq və konfransdakı ən yaxşı çıxışların mətnləri "Azerbaijan Journal of Mathematics" ( www.azjm.org ) jurnalında çap olunacaq. Tezisin mətni "LaTeX" proqramında yığılmalı və həcmi 1 səhifəni aşmamalıdır. Tezisin nümunəsi ilə "http://apmi2013.azjm.org/abstracts.html" səhifəsində tanış olmaq olar.
Konfransa qeydiyyatın son tarixi martın 20-də başa çatır. İştirakçılar üçün qeydiyyat haqqı da tələb olunur. Belə ki, Azərbaycanda olan iştirakçılar 20, keçmiş Sovet İttifaqından olan iştirakçılar 50 manat, digər ölkələrdən olan iştirakçılar isə 250 avro ödəməlidirlər.
Azərbaycandan olan tələbə doktorantlar üçün qeydiyyat pulsuzdur. Konfransın saytına (www.apmi2013.azjm.org) daxil olmaqla, eləcə də tel: (+99412) 539 91 92; 538 72 50 vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.
HƏQİQƏT
Riyaziyyat və informatika üzrə beynəlxalq konfrans keçiriləcək
Cari ilin 29-31 may tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) riyaziyyat və informatika üzrə beynəlxalq konfrans keçiriləcək."ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən RMİ-dən bildirilib ki, Azərbaycan Riyaziyyat Cəmiyyətinin təşkil etdiyi beynəlxalq konfransın rəsmi dillərinə Azərbaycan, ingilis və rus dilləri daxildir. Konfransın mövzularına gəlincə, riyaziyyat sahəsi üzrə "Funksional analiz", "Operatorların spektral nəzəriyyəsi", "Approksimasiya nəzəriyyəsi", "Diferensial tənliklər", "Harmonik analiz və funksiyalar nəzəriyyəsi", "Qeyri-səlis nəzəriyyə", "Ehtimal nəzəriyyəsi və riyazi statistika" və "İdarəetmə nəzəriyyəsi" daxildir. İnformatika üzrə mövzulara isə "Süni neyron şəbəkələr", "Qeyri-səlis sistemlər", "Kompüter şəbəkələri və sistemləri", "Qərar qəbuletmə sistemləri, "Obrazların tanınması", "Təbii dillərdə yazılmış mətnlərin işlənməsi", "Proqram təminatının hazırlanması", "İnternet proqramları və veb-xidmət", "İnformasiya Təhlükəsizliyi", "İnformasiya texnologiyaları və kompüter təhsili", "Nanotexnologiya" daxildir.
Konfransa göndəriləcək tezislərin son qəbul tarixi aprelin 1-də yekunlaşır. Tezislər konfrans başlanana qədər nəşr olunacaq və konfransdakı ən yaxşı çıxışların mətnləri "Azerbaijan Journal of Mathematics" ( www.azjm.org ) jurnalında çap olunacaq. Tezisin mətni "LaTeX" proqramında yığılmalı və həcmi 1 səhifəni aşmamalıdır. Tezisin nümunəsi ilə "http://apmi2013.azjm.org/abstracts.html" səhifəsində tanış olmaq olar.
Konfransa qeydiyyatın son tarixi martın 20-də başa çatır. İştirakçılar üçün qeydiyyat haqqı da tələb olunur. Belə ki, Azərbaycanda olan iştirakçılar 20, keçmiş Sovet İttifaqından olan iştirakçılar 50 manat, digər ölkələrdən olan iştirakçılar isə 250 avro ödəməlidirlər.
Azərbaycandan olan tələbə doktorantlar üçün qeydiyyat pulsuzdur. Konfransın saytına (www.apmi2013.azjm.org) daxil olmaqla, eləcə də tel: (+99412) 539 91 92; 538 72 50 vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.
HƏQİQƏT
Baxış sayı: 884
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır