12px13px15px17px
Tarix:18/03/13

Şəkinin telekommunikasiya şəbəkəsi ən son texnologiyalar əsasında qurulacaq

Bu il Şəkidə informasiya və kommunikasiya texnologiyaları sahəsində genişhəcmli layihə həyata keçiriləcək.

Bu barədə Şəki Telekommunikasiya Qovşağının rəisi Məhəmməd Əhmədov məlumat verib. Onun sözlərinə görə, 2013-2015-ci illərdə respublika ərazisində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsi üçün Şəki də daxil olmaqla, 13 rayonda İKT-nin səviyyəsinin yüksəldilməsi, telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə olan tələbatın tam ödənilməsi üçün mövcud elektron tipli ATS-in (EATS) yenidən qurulması planlaşdırılır.

Bundan əlavə, layihə çərçivəsində bir sıra yaşayış məntəqələrində yeni nəsil EATS quraşdırılacaq, istifadəçilərə müasir telekommunikasiya xidmətləri, o cümlədən genişzolaqlı internet, internet üzərindən televiziya kanallarına baxmaq (İPTV), data xidmətləri, videogörüntülü rabitə və digər xidmətlər təqdim olunacaq. Layihə çərçivəsində bu il Şəkinin 40 yaşayış məntəqəsində yeni EATS-lərin quraşdırılaraq istismara verilməsi nəzərdə tutulur.

Aparılacaq yenidənqurma işlərindən sonra rayonda 21 min ədəd əlavə nömrə tutumu və 18 min ədəd ADSL portu istismara veriləcək, məntəqələr arasında 350 kilometr uzunluğunda fiber-optik kabel çəkiləcək.

RƏVAN



Baxış sayı: 2120

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024