Tarix:18/03/13
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, plazma panellərin istehsalının dayandırılması haqqında rəsmən bu ay ərzində məlumat veriləcək. Eyni zamanda korporasiyanın ortamüddətli inkişafa əsaslanan iş planı dərc ediləcək.
Məlumat üçün bildirək ki, 1997-ci ildə "Panasonic" korporasiyası plazma panel istehsalına başlayıb. Bu panellər televizorda yüksək keyfiyyətli təsvirin göstərilməsini təmin edirdi.
Lakin daha ucuz maye kristal ekran istehsalçıları onların sahəsini təsvirin keyfiyyətini itirmədən böyütmək bacarığına yiyələndikdən sonra plazma panellər öz rəqabət üstünlüyünü itirməyə başlayıb. Belə olan halda "Panasonic" şirkəti bu cür displeyləri digər sahələrdə, məsələn, onları elektron yazı lövhəsi kimi təklif etməyə başladı. Lakin bütün bu addımlar böyük uğura səbəb olmadı.
"Panasonic" hazırda çətin dövrünü yaşayır. 2012 maliyyə ilinin yekununa görə, korporasiyanın proqnozlaşdırılan zərəri təxminən 7 milyard dollar təşkil edir.
"Panasonic" dördüncü maliyyə ilini ardıcıl olaraq zərərlə başa vurur. Şirkət çətin vəziyyətdən çıxmaq üçün Tokioda yerləşən iki ofis binasını satmış və Nyu-Yorkda yerləşən Amerika qərargahını satışa çıxarıb.
Emil Hüseynov
“Panasonic” plazma panellərin istehsalından imtina edir
Yaponiyanın "Panasonic" korporasiyası televizor və digər qurğular üçün plazma panel istehsalından tamamilə imtina etmək niyyətindədir. Korporasiya maye kristal ekran istehsalçıları ilə apardığı rəqabət mübarizəsində öz məğlubiyyətini etiraf edib."ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, plazma panellərin istehsalının dayandırılması haqqında rəsmən bu ay ərzində məlumat veriləcək. Eyni zamanda korporasiyanın ortamüddətli inkişafa əsaslanan iş planı dərc ediləcək.
Məlumat üçün bildirək ki, 1997-ci ildə "Panasonic" korporasiyası plazma panel istehsalına başlayıb. Bu panellər televizorda yüksək keyfiyyətli təsvirin göstərilməsini təmin edirdi.
Lakin daha ucuz maye kristal ekran istehsalçıları onların sahəsini təsvirin keyfiyyətini itirmədən böyütmək bacarığına yiyələndikdən sonra plazma panellər öz rəqabət üstünlüyünü itirməyə başlayıb. Belə olan halda "Panasonic" şirkəti bu cür displeyləri digər sahələrdə, məsələn, onları elektron yazı lövhəsi kimi təklif etməyə başladı. Lakin bütün bu addımlar böyük uğura səbəb olmadı.
"Panasonic" hazırda çətin dövrünü yaşayır. 2012 maliyyə ilinin yekununa görə, korporasiyanın proqnozlaşdırılan zərəri təxminən 7 milyard dollar təşkil edir.
"Panasonic" dördüncü maliyyə ilini ardıcıl olaraq zərərlə başa vurur. Şirkət çətin vəziyyətdən çıxmaq üçün Tokioda yerləşən iki ofis binasını satmış və Nyu-Yorkda yerləşən Amerika qərargahını satışa çıxarıb.
Emil Hüseynov
Baxış sayı: 716
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır