12px13px15px17px
Tarix:18/03/13

“Elektron hökumət” portalının rəsmi “Facebook” səhifəsində istifadəçilərin sayı 20000-i keçib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən "Elektron hökumət" portalının 2012-ci ilin oktyabr ayında "Facebook" sosial şəbəkəsində rəsmi səhifəsində (http://www.facebook.com/egov.az ) istifadəçilərin sayı artıq 20000-i keçib.

Sosial şəbəkədə yaradılan bu səhifə ölkəmizdə "Elektron hökumət"in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda vətəndaşlarımızı maarifləndirmək, dövlət strukturlarının göstərdiyi elektron xidmətlərin hər bir vətəndaş üçün açıq olaraq portalda yerləşdirilməsini işıqlandırmaq, eyni zamanda ölkəmizdə informasiya cəmiyyəti quruculuğunda aparılan işləri təhlil və müzakirə etmək, istifadəçiləri keyfiyyətli elektron xidmətlərlə təmin etmək məqsədi daşıyır.

MHM-dən bildirilib ki, "Elektron hökumət" portalı üzərindən e-xidmətlərdən faydalanmaq istəyən istifadəçilər "Facebook" səhifəsinə daxil olaraq öz fikirlərini bildirir və paylaşırlar:

"Elektron gələcəyimiz və informasiya cəmiyyəti quruculuğu istiqamətində onların düşüncələri bizim üçün önəmli olduğundan sayta, eyni zamanda, (http://www.facebook.com/egov.az ) səhifəsinə ünvanlandırdıqları suallar sosial tələb olaraq qəbul edilir, operativ şəkildə cavablandırılır, irəli sürdükləri təklif və rəylər mütəmadi olaraq nəzərə alınır. Hədəf "Facebook" istifadəçilərimizin sayının bir milyonu ötməsi, eyni zamanda, maksimum olaraq səhifəmizlə tanışlığı və "Elektron hökumət"lə bağlı proseslərdə fəallığını artırmaqdır".

HƏQİQƏT



Baxış sayı: 823

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024