Tarix:19/03/13
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, bir milyon funt-sterlinq həcmində olan mükafat beş laureat arasında bölünəcək. Təşkilatçılar öz seçimlərini belə izah ediblər ki, mükafata layiq görülmüş beş şəxsin hər birinin kommunikasiya inqilabında böyük xidmətləri var. 1989-cu ilin martında Tim Berners-Li "Ümumdünya Hörümçək Toru" konsepsiyasını təqdim edib.
Kann və Sörfün hazırladıqları "TCP/IP" protokolu informasiyanın məsafədən ötürülməsinin əsasını təşkil edir. Lui Puzan verilənlər paketinin nişanlanması sistemini düşünüb, Andrissen isə "Mosaic" adlanan ilk brauzeri yaradıb. İnternetin kommersiya istismarına 1995-ci ildə başlanılıb.
Əvvəllər şəbəkə ABŞ-ın Milli Elm Fondunda quraşdırılmış superkompüterlər tərəfindən dəstəklənirdi, lakin 1995-ci ildən bu funksiya tamamilə müstəqil şəbəkə provayderlərinin səlahiyyətinə verilib. 2012-ci ilin yekununa görə, internetdən təxminən 2.4 milyard insan istifadə edir.
Qeyd edək ki, Şahzadə Yelizavetanın "Mühəndislik" mükafatı elmi tərəqqinin təşviqi üçün Böyük Britaniya hakimiyyəti tərəfindən "Nobel" mükafatına əlavə olaraq təsis edilib. 2013-cü ildə mükafat ilk dəfə verilir.
Emil Hüseynov
İnternetin yaradıcıları mükafatlandırılıb
İnternetin yaradıcıları Tim Berners-Li, Robert Kann, Vinton Sörf, Lui Puzan və Mark Andrissen Şahzadə Yelizavetanın "Mühəndislik" mükafatına (Queen Elizabeth Prize for Engineering) layiq görülüblər."ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, bir milyon funt-sterlinq həcmində olan mükafat beş laureat arasında bölünəcək. Təşkilatçılar öz seçimlərini belə izah ediblər ki, mükafata layiq görülmüş beş şəxsin hər birinin kommunikasiya inqilabında böyük xidmətləri var. 1989-cu ilin martında Tim Berners-Li "Ümumdünya Hörümçək Toru" konsepsiyasını təqdim edib.
Kann və Sörfün hazırladıqları "TCP/IP" protokolu informasiyanın məsafədən ötürülməsinin əsasını təşkil edir. Lui Puzan verilənlər paketinin nişanlanması sistemini düşünüb, Andrissen isə "Mosaic" adlanan ilk brauzeri yaradıb. İnternetin kommersiya istismarına 1995-ci ildə başlanılıb.
Əvvəllər şəbəkə ABŞ-ın Milli Elm Fondunda quraşdırılmış superkompüterlər tərəfindən dəstəklənirdi, lakin 1995-ci ildən bu funksiya tamamilə müstəqil şəbəkə provayderlərinin səlahiyyətinə verilib. 2012-ci ilin yekununa görə, internetdən təxminən 2.4 milyard insan istifadə edir.
Qeyd edək ki, Şahzadə Yelizavetanın "Mühəndislik" mükafatı elmi tərəqqinin təşviqi üçün Böyük Britaniya hakimiyyəti tərəfindən "Nobel" mükafatına əlavə olaraq təsis edilib. 2013-cü ildə mükafat ilk dəfə verilir.
Emil Hüseynov
Baxış sayı: 804
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib