Tarix:19/03/13
MHM-in direktoru Nail Mərdanovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda mərkəzdə beynəlxalq təhlükəsizlik standartına uyğunluq üzrə daxili audit keçirilir. “Aprel ayında bu istiqamətdə işlər başa çatmalıdır.
Audit uğurla keçirildiyi halda, 2-3 ay müddətində biz bu standartlara uyğun fəaliyyət göstərdikdən sonra, beynəlxalq auditor şirkəti mərkəzdə təkrar audit aparacaq.
Bu gün bizim artıq keyfiyyət menecmentinin idarəetməsi üzrə beynəlxalq sertifikatımız var, bu audit isə bizə məlumat təhlükəsizliyi üzrə sertifikat almağa imkan verəcək.
Beləliklə, bizim göstərdiyimiz bütün xidmətlərin keyfiyyət sertifikatı olacaq», - deyə o bildirib.
Bununla yanaşı, MHM mobil qurğular və planşetlər üçün xüsusi proqramların tərtib edilməsi üzrə işlər aparır. «Artıq bizim saytımızda elektron formanı doldurmaqla mobil imzadan istifadə etmək üçün unikal kod almaqla autentifikasiyadan və identifikasiyadan keçmək mümkündür .
Növbəti mərhələdə saytımızda mobil qurğular və planşetlərdə mobil imzadan istifadə etmək üçün nəzərdə tutulmuş əlavə proqramlar yükləmək mümkün olacaq», - N. Mərdanov bildirib.
Aynur Vəliyeva
MHM informasiya təhlükəsizliyi üzrə beynəlxalq sertifikat almağa hazırlaşır
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “ISO 27001” informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə sertifikat almaq üçün hazırlıq işlərini başa çatdırır.MHM-in direktoru Nail Mərdanovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda mərkəzdə beynəlxalq təhlükəsizlik standartına uyğunluq üzrə daxili audit keçirilir. “Aprel ayında bu istiqamətdə işlər başa çatmalıdır.
Audit uğurla keçirildiyi halda, 2-3 ay müddətində biz bu standartlara uyğun fəaliyyət göstərdikdən sonra, beynəlxalq auditor şirkəti mərkəzdə təkrar audit aparacaq.
Bu gün bizim artıq keyfiyyət menecmentinin idarəetməsi üzrə beynəlxalq sertifikatımız var, bu audit isə bizə məlumat təhlükəsizliyi üzrə sertifikat almağa imkan verəcək.
Beləliklə, bizim göstərdiyimiz bütün xidmətlərin keyfiyyət sertifikatı olacaq», - deyə o bildirib.
Bununla yanaşı, MHM mobil qurğular və planşetlər üçün xüsusi proqramların tərtib edilməsi üzrə işlər aparır. «Artıq bizim saytımızda elektron formanı doldurmaqla mobil imzadan istifadə etmək üçün unikal kod almaqla autentifikasiyadan və identifikasiyadan keçmək mümkündür .
Növbəti mərhələdə saytımızda mobil qurğular və planşetlərdə mobil imzadan istifadə etmək üçün nəzərdə tutulmuş əlavə proqramlar yükləmək mümkün olacaq», - N. Mərdanov bildirib.
Aynur Vəliyeva
Baxış sayı: 997
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı