Tarix:27/03/13
“ICTnews” elektron xəbər xidməti “Electronista” nəşrinə istinadən məlumat verir ki, bir neçə operator, bu sazişlərin rəqabət azadlığını məhdudlaşdırdığı ilə bağlı şikayət edib. Hələ ki iddia ilə çıxış edən olmayıb, lakin bu yaxınlarda bir qrup operator “Apple” ilə əlaqələri barədə məlumatları Avropa İttifaqına təqdim edib.
Komissiya bu məsələni araşdıracağını bəyan etsə də, rəsmi araşdırma başlanmayıb.
"Sənayenin bəzi iştirakçıları bizə müraciət ediblər və biz məsələni nəzarətdə saxlayırıq. Lakin hələ antiinhisar iddialar irəli sürülməyib", - deyə antiinhisar işlər üzrə komissar Xoakin Alminunin nümayəndəsi Antuan Kolombani bildirib. O, bunu martın 22-də Brüsseldə keçirilmiş konfransda bir daha təsdiq edib. “Apple” şirkətinin nümayəndəsi Natali Kerris, onun şirkətinin “biznes apardığı bütün ölkələrdə, Aİ daxil olmaqla, yerli qanunvericiliyə tam riayət etdiyini” israr edir.
AYNUR
Avropa İttifaqı “iPhone” ilə bağlı araşdırmaya başlamaq niyyətindədir
Avropa İttifaqının nəzarət təsisatları “Apple” şirkətinin mobil rabitə operatorları ilə bağladığı sazişlərin antiinhisar qanunvericiliyinə nə dərəcədə uyğun olduğunu araşdırır.“ICTnews” elektron xəbər xidməti “Electronista” nəşrinə istinadən məlumat verir ki, bir neçə operator, bu sazişlərin rəqabət azadlığını məhdudlaşdırdığı ilə bağlı şikayət edib. Hələ ki iddia ilə çıxış edən olmayıb, lakin bu yaxınlarda bir qrup operator “Apple” ilə əlaqələri barədə məlumatları Avropa İttifaqına təqdim edib.
Komissiya bu məsələni araşdıracağını bəyan etsə də, rəsmi araşdırma başlanmayıb.
"Sənayenin bəzi iştirakçıları bizə müraciət ediblər və biz məsələni nəzarətdə saxlayırıq. Lakin hələ antiinhisar iddialar irəli sürülməyib", - deyə antiinhisar işlər üzrə komissar Xoakin Alminunin nümayəndəsi Antuan Kolombani bildirib. O, bunu martın 22-də Brüsseldə keçirilmiş konfransda bir daha təsdiq edib. “Apple” şirkətinin nümayəndəsi Natali Kerris, onun şirkətinin “biznes apardığı bütün ölkələrdə, Aİ daxil olmaqla, yerli qanunvericiliyə tam riayət etdiyini” israr edir.
AYNUR
Baxış sayı: 695
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır