12px13px15px17px
Tarix:28/03/13

“Dilmanc” mətnin səsləndirilməsi sisteminin yeni versiyasını istifadəyə verib

"Dilmanc" layihəsi çərçivəsində mətnin səsləndirilməsi sisteminin yeni versiyası istifadəyə verilib.

Layihənin icra qrupundan "ICTnews" Elektron Xəbər Xidmətinə verilən məlumata əsasən, bu versiyada intonasiya ilə bağlı bəzi problemlər həll olunmuş, sual və nəqli cümlələrin intonasiyası və səs tonu təkmilləşdirilmiş, durğu işarələri və pauza kimi problemlər qismən həll olunub.

"Dilmanc" mətnin səsləndirilməsi sisteminin daha da təkmilləşdirilmiş versiyalarının hazırlanması üzrə işlər davam edir. "Dilmanc" mətnin səsləndirilməsi sistemindən "http://tts.dilmanc.az" daxil olmaqla istifadə etmək olar. 

AYNUR



Baxış sayı: 920

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024