Tarix:28/03/13
İTİ-dən verilən məlumata görə, Xarici İşlər Nazirliyinin Sloveniyadakı nümayəndəsi Azər Xudiyev və institut alimlərinin iştirak etdiyi görüşün keçirilməsində əsas məqsəd müvafiq sahədə əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Görüşdə intellektual robotların proqram təminatı və tibb sahəsində maşın təlimi metodlarının tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi, smart elektron dərsliklərin hazırlanmasına dair dünya təcrübəsinin öyrənilməsi, birgə seminarlar və videokonfransların təşkilinin zəruriliyi və digər məsələlər müzakirə olunub.
Həmçinin Lyubyana Universiteti ilə İKT sahəsində əməkdaşlıq üzrə fəaliyyət planına dair fikir mübadiləsi aparılıb, Anlaşma Memorandumu üçün hazırlıq işlərinin görülməsi qərara alınıb.
Məlumat üçün bildirək ki, İvan Bratko Lyublyana Universitetinin süni intellekt, kompüter bilikləri və informatika laboratoriyasının müdiridir. O, universitetdə informatika fənninin tədrisi ilə məşğuldur. Maşın təlimi sahəsində tədqiqatlar aparan professor 200-dən çox elmi iş və kitabın müəllifidir.
CAHANGİR
Sloveniyanın Lyubyana Universitetinin professoru İnformasiya Texnologiyaları İnstitutunda olub
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda Lyubyana Universitetinin (Sloveniya) kompüter və informatika elmləri fakültəsinin professoru İvan Bratko ilə görüş keçirilib.İTİ-dən verilən məlumata görə, Xarici İşlər Nazirliyinin Sloveniyadakı nümayəndəsi Azər Xudiyev və institut alimlərinin iştirak etdiyi görüşün keçirilməsində əsas məqsəd müvafiq sahədə əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Görüşdə intellektual robotların proqram təminatı və tibb sahəsində maşın təlimi metodlarının tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi, smart elektron dərsliklərin hazırlanmasına dair dünya təcrübəsinin öyrənilməsi, birgə seminarlar və videokonfransların təşkilinin zəruriliyi və digər məsələlər müzakirə olunub.
Həmçinin Lyubyana Universiteti ilə İKT sahəsində əməkdaşlıq üzrə fəaliyyət planına dair fikir mübadiləsi aparılıb, Anlaşma Memorandumu üçün hazırlıq işlərinin görülməsi qərara alınıb.
Məlumat üçün bildirək ki, İvan Bratko Lyublyana Universitetinin süni intellekt, kompüter bilikləri və informatika laboratoriyasının müdiridir. O, universitetdə informatika fənninin tədrisi ilə məşğuldur. Maşın təlimi sahəsində tədqiqatlar aparan professor 200-dən çox elmi iş və kitabın müəllifidir.
CAHANGİR
Baxış sayı: 810
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır