12px13px15px17px
Tarix:28/03/13

Ən yaxşı fərdi kompüter istehsalçılarının reytinqi tərtib edilib

"Tempkin Group"un analitiklərinin 10 mindən çox amerikalı istehlakçı arasında keçirdiyi sorğunun nəticəsinə əsasən, "Apple" və "HP" şirkətlərinin kompüterləri "ən yaxşı" elan edilib. Şirkətlərin məhsullarının qiymətləndirilməsində üç meyar (fərdi kompüterin funksionallığı, iş prosesində rahatlıq və emosional komponentlər) əsas götürülüb.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Tempkin Group"un bir neçə ildir keçirdiyi bu tədqiqatda "Apple" şirkəti üçüncü il ardıcıl olaraq məhsullarının istifadəçilər tərəfindən bəyənilmə səviyyəsinə görə birinci yerdə qərarlaşıb.

Amerika şirkəti səslərin 64%-ni toplayıb ki, bu da ötən illə müqayisədə 1 faiz aşağıdır. "HP" şirkəti ikinci yerdə qərarlaşıb, onun müştəriləri istehsalçıdan 62% razıdır.

"Apple" şirkəti onun istehsalı olan kompüterlərlə işləmək rahatlığı və emosionallıq üzrə daha çox bal toplayıb, lakin funksionallığa görə "HP"-yə uduzub. Ümumilikdə istehlakçıların 60%-i müasir FK-dən razıdır. 2011-ci ildə bu göstərici 54% olub.

"Sony" və "Lenova" şirkətləri aşağı nəticə göstərib. Yaponiya şirkətinin məhsulları funksiyalarının bəzilərinə və rahatlıq baxımından "ən pis" elan edilib, "Lenova" isə emosionallıq baxımından geri qalıb.

"Dell" şirkəti bir il ərzində reytinqdə altı pillə irəliləyib və ilk üçlükdə yer ala bilib. Amerikanın "Consumer Reports" jurnalının versiyasına əsasən, ən etibarlı brendlərin reytinqində, həmçinin "Apple" (78%) liderdir. Sonrakı yerlərdə "Dell" və "Lenova" şirkətləri qərarlaşıb. "Acer", "Asus", "Emachines", "HP", "Gateway" və "Toshiba" şirkətlərinin göstəriciləri 54-56% səviyyəsində dəyişir və istehlakçılar onlara az etibar edir.

Emil Hüseynov



Baxış sayı: 2157

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024