Tarix:28/03/13
"ICTnews" elektron xəbər xidmətinə bu barədə " www.e-olimp.com/" saytının rəhbərliyindən məlumat verilib. Saytdan bildirilib ki, DYKP-2013 qapalı qrupuna hazırda qəbul elan edilib. DYKP-2013-ün keçirilmə müddəti iyunun 24-dən avqustun 31-nə qədər davam edəcək: "Məşğuliyyətlər demokratik və konkret vaxta bağlanmamaq şərtilə keçiriləcək.
Distant Yay Kompüter Məktəbi "Hər kəs istirahət hüququna malikdir!" devizinə əsaslanır. DYKP-yə qəbul üçün ilk növbədə yay fəslində öz üzərində işləmək və platformada ən azı 100 məsələni həll etmək həvəsi vacibdir. DKYP-də iştirak etmək istəyən istifadəçi profilində saxta deyil, özü ilə bağlı məlumatların əslini yerləşdirməlidir.
Bu bəndlərə riayət edən istifadəçinin şəxsi məlumatları "awpris" niki qrupuna yönəldiləcək". Saytdan qeyd edilib ki, ikinci bəndin - 100 məsələnin həlli ilə bağlı şərtin tətbiqində mühazirəçilər və ya sayt rəhbərliyinin tövsiyələri əsasında istisnalar da mümkündür. Digər qaydalar və şərtlər isə qrupda elan ediləcək. DLKŞ-2013 rəhbərliyi qeyri-aktiv iştirakçıları heç bir səbəb və izahat olmadan qrupdan çıxartmaq hüququnu özündə saxlayır.
Digər iştirakçılar üçün sərbəst girişdə qalan Yay Kompüter Məktəbi üzrə açıq marafon da keçiriləcək. Marafona qoşulmaq, fasilə götürmək və ya ondan çıxmaq hər bir iştirakçının sərbəst seçiminə əsaslanacaq. Açıq marafon mayın 1-dən başlayacaq. Beləliklə, marafon ərzində hər bir açıq müsabiqə bir gün ərzində - saat 06:00-dan növbəti gün saat 06:00-a qədər davam edəcək. Müsabiqələr başa çatdıqdan sonra tapşırıqlar ictimaiyyət üçün açıq olaraq qalacaq. Ümumilikdə turnir DYKP-nin əsas qaydalarına uyğun olaraq, "Ən yaxşı həll" üzrə yekunlaşacaq. Distant Yay Kompüter Məktəbinin qapalı hissəsi isə 2013-cü ilin sentyabrından etibarən tədricən hər kəs üçün açıq olacaq.
Qeyd edək ki, Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsi (TİMS) və BDU-nun dosenti Ramin Mahmudzadənin rəhbərliyi ilə sözügedən saytın artıq Azərbaycan dilində lokalizasiyası da aparılıb.
Hazırda " www.e-olimp.com/ " saytının 4 dilindən biri də Azərbaycan dilidir. Saytda proqramlaşdırma ilə məşğul olmaq istəyənlər üçün məsələlər Azərbaycan dilinə tərcümə edilərək yerləşdirilib.
Özlərini sınamaq istəyən şagirdlər məsələləri seçib, onların həlli alqoritmlərini proqramlaşdırma dilində yazıb sayta göndərə bilərlər. Saytda mövcud olan yoxlama sistemi vasitəsilə məsələlərin düzgün və ya səhv həll olunması barədə məlumat əldə etmək mümkündür.
Həqiqət İSABALAYEVA
Distant Yay Kompüter Məktəbinə növbəti qəbul başlayıb
Ənənəvi hal alan Distant Yay Kompüter Məktəbinə (DYKP) artıq növbəti qəbul başlayıb. Distant Yay Kompüter Məktəbi ilk növbədə əyani Yay Kompüter Məktəbinin imkanları ilə tanışlıq, istifadəçilərin öz alqoritmik biliklərinin artırılması məqsədi daşıyır."ICTnews" elektron xəbər xidmətinə bu barədə " www.e-olimp.com/" saytının rəhbərliyindən məlumat verilib. Saytdan bildirilib ki, DYKP-2013 qapalı qrupuna hazırda qəbul elan edilib. DYKP-2013-ün keçirilmə müddəti iyunun 24-dən avqustun 31-nə qədər davam edəcək: "Məşğuliyyətlər demokratik və konkret vaxta bağlanmamaq şərtilə keçiriləcək.
Distant Yay Kompüter Məktəbi "Hər kəs istirahət hüququna malikdir!" devizinə əsaslanır. DYKP-yə qəbul üçün ilk növbədə yay fəslində öz üzərində işləmək və platformada ən azı 100 məsələni həll etmək həvəsi vacibdir. DKYP-də iştirak etmək istəyən istifadəçi profilində saxta deyil, özü ilə bağlı məlumatların əslini yerləşdirməlidir.
Bu bəndlərə riayət edən istifadəçinin şəxsi məlumatları "awpris" niki qrupuna yönəldiləcək". Saytdan qeyd edilib ki, ikinci bəndin - 100 məsələnin həlli ilə bağlı şərtin tətbiqində mühazirəçilər və ya sayt rəhbərliyinin tövsiyələri əsasında istisnalar da mümkündür. Digər qaydalar və şərtlər isə qrupda elan ediləcək. DLKŞ-2013 rəhbərliyi qeyri-aktiv iştirakçıları heç bir səbəb və izahat olmadan qrupdan çıxartmaq hüququnu özündə saxlayır.
Digər iştirakçılar üçün sərbəst girişdə qalan Yay Kompüter Məktəbi üzrə açıq marafon da keçiriləcək. Marafona qoşulmaq, fasilə götürmək və ya ondan çıxmaq hər bir iştirakçının sərbəst seçiminə əsaslanacaq. Açıq marafon mayın 1-dən başlayacaq. Beləliklə, marafon ərzində hər bir açıq müsabiqə bir gün ərzində - saat 06:00-dan növbəti gün saat 06:00-a qədər davam edəcək. Müsabiqələr başa çatdıqdan sonra tapşırıqlar ictimaiyyət üçün açıq olaraq qalacaq. Ümumilikdə turnir DYKP-nin əsas qaydalarına uyğun olaraq, "Ən yaxşı həll" üzrə yekunlaşacaq. Distant Yay Kompüter Məktəbinin qapalı hissəsi isə 2013-cü ilin sentyabrından etibarən tədricən hər kəs üçün açıq olacaq.
Qeyd edək ki, Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsi (TİMS) və BDU-nun dosenti Ramin Mahmudzadənin rəhbərliyi ilə sözügedən saytın artıq Azərbaycan dilində lokalizasiyası da aparılıb.
Hazırda " www.e-olimp.com/ " saytının 4 dilindən biri də Azərbaycan dilidir. Saytda proqramlaşdırma ilə məşğul olmaq istəyənlər üçün məsələlər Azərbaycan dilinə tərcümə edilərək yerləşdirilib.
Özlərini sınamaq istəyən şagirdlər məsələləri seçib, onların həlli alqoritmlərini proqramlaşdırma dilində yazıb sayta göndərə bilərlər. Saytda mövcud olan yoxlama sistemi vasitəsilə məsələlərin düzgün və ya səhv həll olunması barədə məlumat əldə etmək mümkündür.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 797
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır