Tarix:29/03/13
Ölkənin ucqar rayonlarında elektrik və mobil rabitənin olmaması problemi daha da dərinləşdirir.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, “Microsoft” şirkəti təxminən 600 MHz diapazonda istifadə olunmayan “ağ” televiziya tezliyi spektrində siqnalı ötürməklə və siqnalı televiziya tezlikləri vasitəsilə qəbul edən və “Wi-Fi” üzrə paylayan avadanlıqdan istifadə hesabına problemi həll edib.
Enerjinin yaradılması üçün kənd məktəbinin damına sahəsi 7 kvadratmetr olan günəş panelləri quraşdırılıb və o, gün ərzində təxminən 4500 vt/saat enerji hasil edir ki, bu da modem və “Windows 8” əməliyyat sistemi ilə işləyən planşetlərin enerji ilə doldurulması üçün kifayətdir.
Keniyada sınaqdan keçirilmiş təcrübə “Microsoft4Afrika Initiative” adlanan böyük layihənin bir hissəsidir və onun məqsədi Afrikanın dünya arenasında rəqabət qabiliyyətini artırmaqdır.
Emil Hüseynov
“Microsoft” şirkəti Afrika kəndlərini internetlə təmin edəcək
“Microsoft” şirkətinin Keniyanın İnformasiya və Kommunikasiya Nazirliyi, həmçinin “Indigo Telecom” yerli internet provayderi ilə birgə həyata keçirməyə başladığı təcrübənin məqsədi kənd sakinlərini internetlə təmin etməkdir. Keniya vətəndaşlarının yalnız 2%-i daimi genişzolaqlı kanal vasitəsilə internetə çıxış imkanına malikdirlər.Ölkənin ucqar rayonlarında elektrik və mobil rabitənin olmaması problemi daha da dərinləşdirir.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, “Microsoft” şirkəti təxminən 600 MHz diapazonda istifadə olunmayan “ağ” televiziya tezliyi spektrində siqnalı ötürməklə və siqnalı televiziya tezlikləri vasitəsilə qəbul edən və “Wi-Fi” üzrə paylayan avadanlıqdan istifadə hesabına problemi həll edib.
Enerjinin yaradılması üçün kənd məktəbinin damına sahəsi 7 kvadratmetr olan günəş panelləri quraşdırılıb və o, gün ərzində təxminən 4500 vt/saat enerji hasil edir ki, bu da modem və “Windows 8” əməliyyat sistemi ilə işləyən planşetlərin enerji ilə doldurulması üçün kifayətdir.
Keniyada sınaqdan keçirilmiş təcrübə “Microsoft4Afrika Initiative” adlanan böyük layihənin bir hissəsidir və onun məqsədi Afrikanın dünya arenasında rəqabət qabiliyyətini artırmaqdır.
Emil Hüseynov
Baxış sayı: 638
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır