12px13px15px17px
Tarix:29/03/13

“AZEL” şirkəti riteyl və distribüsiya sahəsində fəaliyyətini müvəqqəti olaraq dayandırır

“Azərbaycan Elektronikası” (AZEL) şirkəti müvəqqəti olaraq riteyl və distribüsiya sahəsində fəaliyyətini dayandırır.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, yaxın zamanda şirkət yerli bazara böyük həcmdə məhsul axınını tələb edən mallar tədarük etməyəcək. “Bu, müvəqqəti tədbirdir, gələcəkdə ola bilsin ki, biz bu istiqaməti yenidən aktivləşdirdik. Hazırda isə “AZEL” sistem inteqratoru kimi fəaliyyətini genişləndirmək niyyətindədir.

Biz öz fəaliyyətimizi böyük layihələrin həyata keçirilməsi istiqamətində inkişaf etdirəcəyik. Bu gün şirkətin 10-a yaxın irimiqyaslı dövlət layihələri var ki, onlar çərçivəsində ciddi işlər görülür.

Bu, əsasən telekommunikasiya və informasiya təhlükəsizliyi sahəsi ilə bağlı layihələrdir və bu layihələrdə əsasən biz “Symantec” şirkəti ilə birgə fəaliyyət göstəririk”, - deyə şirkətdən bildiriblər.

Aynur Vəliyeva



Baxış sayı: 777

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024