Tarix:01/04/13
Milli domenlərin tənzimləyicisi olan “İntrans” şirkətinin rəhbəri Faiq Fərmanovun “ICTnews”-a verdiyi məlumata əsasən, bu il domen adlarının artım templərinin surətlənməsi gözlənilir. «Buna ölkədə müşahidə olunan internetin ümumi inkişafı ilə yanaşı, domen adlarının onlayn qeydiyyatı da səbəb olacaq. Son illər ərzində qeydiyyata alınan domen adlarında orta hesabla 35-40% səviyyəsində artım müşahidə edirik. Cari ildə bu göstəricinin daha da artmasını gözləmək olar», - deyərək F. Fərmanov bildirib.
İlin əvvəlindən ölkədə cəmi 1482 domen qeydə alınıb, 375 - qeydiyyatdan çıxarılıb və beləliklə, ilin əvvəlindən domen adlarının xalis artımı 1107 domen təşkil edib.
Hazırda Azərbaycanda 16252-*.az, 694-*.com.az, 167-*.edu.az, 91-*.org.az, 53-*.net.az, 42-*.int.az, 39-*.pp.az, 39- *.co.az, 24 -*.info.az, 11- *.biz.az, 3 -*.name.az domeni istifadə olunur.
Son üç ildə *.az domen zonasında kəskin artımı müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici – 3 min, 2011-ci ildə isə- 4387, 2012-ci ildə – 5478 domen adı olub.
Lakin hər il yeni domenlərin yaradılması ilə yanaşı, istifadə olunmayan və ya xidmət haqqı ödənilməyən domenlərin qeydiyyatdan çıxarılması da müşahidə olunur və bunun nəticəsində 2012-ci oldə *.az domeninin xalis artımı 3039 domen adı təşkil edib, bu da 2011-ci illə müqayisədə 40% çoxdur. Bu ilin birinci kvartalında müşahidə olunan artım tempi davam etdiyi halda, ilin sonuna kimi milli domenlərin xalis artımının 4500-dək təşkil edəcəyini gözləmək olar.
Aynur Vəliyeva
İlin əvvəlindən qeydiyyatdan keçmiş milli domen adlarının xalis artımı 1107 domen təşkil edib
Azərbaycanda bu günə kimi 17422 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir.Milli domenlərin tənzimləyicisi olan “İntrans” şirkətinin rəhbəri Faiq Fərmanovun “ICTnews”-a verdiyi məlumata əsasən, bu il domen adlarının artım templərinin surətlənməsi gözlənilir. «Buna ölkədə müşahidə olunan internetin ümumi inkişafı ilə yanaşı, domen adlarının onlayn qeydiyyatı da səbəb olacaq. Son illər ərzində qeydiyyata alınan domen adlarında orta hesabla 35-40% səviyyəsində artım müşahidə edirik. Cari ildə bu göstəricinin daha da artmasını gözləmək olar», - deyərək F. Fərmanov bildirib.
İlin əvvəlindən ölkədə cəmi 1482 domen qeydə alınıb, 375 - qeydiyyatdan çıxarılıb və beləliklə, ilin əvvəlindən domen adlarının xalis artımı 1107 domen təşkil edib.
Hazırda Azərbaycanda 16252-*.az, 694-*.com.az, 167-*.edu.az, 91-*.org.az, 53-*.net.az, 42-*.int.az, 39-*.pp.az, 39- *.co.az, 24 -*.info.az, 11- *.biz.az, 3 -*.name.az domeni istifadə olunur.
Son üç ildə *.az domen zonasında kəskin artımı müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici – 3 min, 2011-ci ildə isə- 4387, 2012-ci ildə – 5478 domen adı olub.
Lakin hər il yeni domenlərin yaradılması ilə yanaşı, istifadə olunmayan və ya xidmət haqqı ödənilməyən domenlərin qeydiyyatdan çıxarılması da müşahidə olunur və bunun nəticəsində 2012-ci oldə *.az domeninin xalis artımı 3039 domen adı təşkil edib, bu da 2011-ci illə müqayisədə 40% çoxdur. Bu ilin birinci kvartalında müşahidə olunan artım tempi davam etdiyi halda, ilin sonuna kimi milli domenlərin xalis artımının 4500-dək təşkil edəcəyini gözləmək olar.
Aynur Vəliyeva
Baxış sayı: 710
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib