12px13px15px17px
Tarix:01/04/13

İnsanlar daha çox hansı brauzerdən istifadə edir?

“Net Applications” analitik şirkəti aylıq 160 milyondan çox istifadəçinin aktivliyini izləyərək brauzer bazarına dair açıqlamalar verir. Mart ayına dair statistikaya əsasən, aparıcı brauzer üçlüyü öz mövqelərini daha da möhkəmləndirib.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin mart ayına olan məlumata əsasən, “Internet Explorer” brauzerinin bazar payı ötən ayla müqayisədə 0.01% artaraq 55.83%, “Firefox”un payı 0.09% artaraq 20.21% olub.

“Chrome”un bazar payı 0.18% artaraq 16.45% olub. “Safari” brauzerinin bazar payı 0.11% azalaraq 5.31% təşkil edib. “StatCounter” analitik şirkətinin bu ilin martına olan məlumatına əsasən, 37.09% bazar payına malik “Chrome” brauzeri lider olaraq qalır. “IE” (29.82%) ikinci, “Firefox” (21.34%) isə üçüncü yerdə qərarlaşıb.

Emil Hüseynov



Baxış sayı: 783

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024