12px13px15px17px
Tarix:01/04/13

“AzeriCard” prosessinq mərkəzi “MasterCard Money Send” beynəlxalq kart köçürmələri sistemini təqdim edib

"AzeriCard" prosessinq mərkəzi "MasterCard Money Send" beynəlxalq kart köçürmələri sistemini istifadəçilərinə təqdim edib.

"ICTnews" xəbər xidmətinin "AzeriCard" prosessinq mərkəzinə istinadən verdiyi məlumata əsasən, MasterCard Money Send" beynəlxalq kart köçürmələri "MasterCard" və "Maestro" kartlarının sahiblərinə (hazırda yalnız Azərbaycan Beynəlxalq Bankın plastik kart sahibləri üçün) MDB, Şərqi Avropa, Türkiyə və İsrail ölkələri ərazisində (köçürmələr yalnız ABŞ dolları ilə mümkündür) yerləşən bankların "MasterCard" və "Maestro" kartlarına və Azərbaycanda fəaliyyət göstərən digər prosessinq mərkəzlərində xidmət olunan bankların "MasterCard" və "Maestro" kartlarına (köçürmələr yalnız Azərbaycan manatı ilə mümkündür) pul köçürə bilərlər.

Bu xidmət vasitəsilə, kart sahibləri bank filiallarına müraciət etmədən, bankomat şəbəkəsindən istifadə edərək rahat kartdan karta pul köçürə bilərlər. Növbəti mərhələdə dünyanın digər ölkələrinin bankların kartlarına köçürmələrin tətbiqi planlaşdırılır.

Aynur Vəliyeva



Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024