12px13px15px17px
Tarix:02/04/13

TQDK elektron xidmətlə bağlı xəbərdarlıq etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mobil rabitə operatorlarından ödəmə kartı əldə edib sonradan iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslərə xəbərdarlıq edib.

Bu barədə "ICTnews" xəbər xidmətinə TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Xəbərdarlıqda bildirilir ki, "Azercell", "Bakcell" və ya "Nar Mobile" mobil rabitə operatorları vasitəsilə 7725 və 7735 nömrələrindən "Elektron ərizə vermək üçün ödəmə kartı" və ya "Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı" əldə edib iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər.

"Elektron ərizə vermək üçün ödəmə kartı"nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2, "Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı"nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır.

Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.

SEYMUR



Baxış sayı: 764

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024