12px13px15px17px
Tarix:02/04/13

Azərbaycanda güzəştli şərtlərlə satılan kompüterlərin sayı 21 mini ötüb

"Hər ailə üçün kompüter" şüarı altında həyata keçirilən "Xalq kompüteri" layihəsi çərçivəsində təqdim olunan kompüterlərin satış həcmində sürətli artım müşahidə olunur.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, hazırda güzəştli şərtlərlə satılan kompüterlərin sayı 21250 ədədə çatıb. Layihə çərçivəsində orta məktəb müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə ediblər.

Layihədə təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və bazar qiymətlərindən 25-40% aşağı qiymətə, 12 ay müddətində faizsiz kreditlə təqdim edilir.

Xatırladaq ki, "Xalq kompüteri" layihəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, "HP" və "Microsoft" şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin operatoru "BestComp Group" şirkətidir.

CAHANGİR



Baxış sayı: 940

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024