12px13px15px17px
Tarix:02/04/13

“BlackBerry” şirkəti 2013-cü il üçün planlarını açıqlayıb

"BlackBerry" şirkəti 2013-cü il üçün planlarını açıqlayıb. "ICTnews.az" elektron xəbər xidməti "1news.az" saytına istinadən bildirir ki, 2013-cü ildə "BlackBerry" şirkəti "Z10" və "Q10" smartfonlarından başqa, digər yeniliklər də təqdim edəcək.

Şirkətin planına əsasən, hətta "B10L" adlanan yeni planşet təqdim etmək nəzərdə tutulur. Planşetin çıxarılması bu ilin üçüncü və dördüncü rübünə planlaşdırılıb.

Təəssüf ki, planşetin xüsusiyyətləri haqqında hələlik heç bir informasiya yoxdur. "BlackBerry" şirkəti bundan sonra smartfon və planşetin hibridini təşkil edən "Phablet" qurğusunu təqdim etməyi nəzərdə tutur.

Emil Hüseynov



Baxış sayı: 750

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024