12px13px15px17px
Tarix:02/04/13

Azərbaycanda “IDC”-nin beynəlxalq informasiya təhlükəsizliyi üzrə konfransı keçiriləcək

Bakıda aprelin 18-də “IDC”-nin «İnformasiya təhlükəsizliyi və data mərkəzlərin transformasiyası» mövzusunda beynəlxalq konfransı keçiriləcək.

“IDC”-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbir çərçivəsində məlumatların qorunması və məlumat emalı mərkəzlərinin transformasiyası məsələləri müzakirə ediləcək.

Bu tədbir şirkətin il ərzində Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika ölkələrində keçirdiyi “IDC IT Security and Datacenter Transformation Roadshow” adlı konfranslar silsiləsinə daxildir. Konfrans auditoriyasını müxtəlif sahələr üzrə istehsal, maliyyə, təhsil və dövlət qurumlarının İT mütəxəssisləri təşkil edir.

Qeyd edək ki, Bakıda “IDC” konfransı ikinci dəfədir ki keçiriləcək. Konfransda əsas müzakirə ediləcək mövzular:

• Müəssisənin təhlükəsizliyi və biznes strategiyası

• İT bazarda dəyişikliklər kontekstində korporativ təhlükəsizlik

• Təhlükəsizlik – xidmət kimi

• Korporativ mobillik və təhlükəsizlik

• Risklərin idarə edilməsi və təhlükəsizlik üzrə korporativ siyasət

• Məlumat emalı mərkəzlərinin inkişafına yeni yanaşma

• İnfrastrukturun effektivliyinin artırılması üzrə əsas istiqamətlər

• Özəl və ictimai “bulud”lar

• Aktivlərin idarə edilməsi üzrə vahid sistem və infrastrukturun avtomatlaşdırılması inteqrə edilmiş və konverqent həllər

• “Big Data”


Konfransın tərəfdaşları kimi “НР”, “Kasperski Laboratoriyası”, “Check Point”, “VEEAM”, “Kingston” şirkətləri çıxış edirlər. Daha ətraflı məlumatı “www.narlaqazan.com” saytından əldə etmək olar.

Aynur Vəliyeva



Baxış sayı: 726

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024