Tarix:02/04/13
"ICTnews" elektron xəbər xidmətinə bu barədə "Microsoft Azərbaycan" şirkətinin Təhsildə Əməkdaşlıq proqramının meneceri Emin Axundov məlumat verib. Onun sözlərinə görə, hazırda şirkət təhsil sistemi üçün təklif etdiyi proqramlar paketini daha da genişləndirib:
"Artıq bu siyahı daha genişdir və bu proqramlar "Microsoft"un "Learning Suite" tətbiqində öz əksini tapıb. Sözügedən məhsul "Microsoft" korporasiyasının təhsil üçün istifadə oluna bilən bütün proqramlarını özündə ehtiva edir". Şirkət rəsmisi qeyd edib ki, hazırda bir kliklə yüklənən "Microsoft Learning Suite" pulsuz proqram paketinin yenilənmiş versiyası hər kəsə əlçatandır:
"Proqram paketinə daxil olan məhsullar pedaqoqlara və tələbələrə informasiya texnologiyalarının tədris prosesində praktik istifadəsi üçün çox geniş və gözəl imkanlar açır. Paketə videonun yaradılması üçün faydalı proqramlar, təsvirlərin işlənməsi, internetdə informasiyaların yerləşdirilməsi, kimya, riyaziyyat və s. kimi müxtəlif fənlər üçün "MS Office" üzrə xüsusi parametrlər, həmçinin bu tətbiqlərdən istifadə üzrə təlimatlar daxildir". İstifadəçilərin rahatlığı məqsədilə proqram paketində məhsullar tədris fəaliyyətində yaradıcılıq, birgə iş, tədqiqatların aparılması, təlim kimi dörd kateqoriya üzrə qruplaşdırılıb. "Learning Suite" proqram paketi "http://www.pil-network.com" təhsil portalında yerləşdirilib.
Qeyd edək ki, "Microsoft" korporasiyası Azərbaycan müəllimləri və şagirdlər üçün bir müddət əvvəl də təhsil üzrə proqram məhsullarını təqdim etmişdi. Belə ki, bu məhsullara Azərbaycanın təhsil sistemində riyaziyyat (MS Mathematics), kimya (MS Chemistry) və astronomiya (MS Worldwide Telescope) fənlərinin tədrisi zamanı istifadə üçün maraqlı və effektiv proqram əlavələri daxil idi.
Şirkət rəsmisi hesab edir ki, "Microsoft Office" paketinə daxil olan "Word" proqramında istifadə üçün nəzərdə tutulmuş həllər tədris prosesini daha maraqlı edir və biliklərin daha effektiv aşılanmasına yardımçı olur: "Məsələn, riyaziyyat fənninin tədrisi zamanı bir çox şagirdin rastlaşdığı əsas maneələrdən biri qavranılması tələb olunan mürəkkəb anlayışların simvolik şəkildə təqdim olunmasıdır. Əksər hallarda şagirdlər riyaziyyat elminin simvolik təqdimatı səviyyəsinə qədəm qoyduqda onu mürəkkəb və çətin hesab edir.
"Microsoft Mathematics" kimi proqram vəsaitləri şagirdlərə məlumatın istənilən qrafik və vizual şəkildə təsvirini yaratmağa imkan verir. Bununla da şagirdlər istənilən mürəkkəb düsturu vizual diaqrama çevirib qavrama rahatlığını əldə edə bilər.
"Microsoft Word" üçün nəzərdə tutulan "Chemistry" əlavəsi isə kimya fənninin tədrisində istifadə olunan formul və sxemləri təsvir etmək üçün xüsusi imkanlar təqdim edir. Eyni zamanda məktəblər astrologiyanın tədrisi, kainatın öyrənilməsi zamanı "Microsoft Worldwide Telescope" proqramını istifadə edə bilərlər". Proqram həlli kompüterin köməyi ilə virtual teleskop funksiyasının icrasına imkan verir. "Worldwide Telescope" vasitəsilə kainatla bağlı tədqiqatların aparılması üçün "Microsoft" müəllim və şagirdlərə iş üçün müxtəlif materiallar, o cümlədən tədris proqramları, dərs planları və digər resurslar təklif edir.
Bunlarla yanaşı, hazırda siyahısı daha da genişləndirilən "Learning Suite" tətbiqinə musiqi bacarığını üzə çıxarmağa imkan verən "Songsmith", müəllimlərin təhsildə XXI əsrin bacarıqlarını dərindən mənimsəməsi və informasiya texnologiyalarının təhsildə tətbiqi üzrə daha da püxtələşməsinə yönələn "Innovative Teacher Toolkit", kompüter bacarıqlarının və anlayışların mənimsənilməsi, eyni zamanda qiymətləndirilməsi üçün baza tədris planı - "Digital Literacy", 3 ölçülü təsvirlərin yaradılmasına və internetdə izlənilməsinə şərait yaradan "Photosynth", oyunların layihələndirilməsi yolu ilə uşaqlarda proqramlaşdırmaya marağın artırılmasına xidmət edən "Kodu Game Lab" və s. kimi məhsullar daxil edilib.
Həqiqət İSABALAYEVA
“Microsoft” korporasiyasının bir çox proqram həlləri təhsildə tətbiq oluna bilər
"Microsoft" korporasiyasının bir çox proqram həlləri təhsil sistemində, o cümlədən həm ali, həm də orta təhsil pilləsində tətbiq oluna bilər. Bunun üçün müəllimlərdən təşəbbüs, maraq və yaradıcılıq tələb olunur."ICTnews" elektron xəbər xidmətinə bu barədə "Microsoft Azərbaycan" şirkətinin Təhsildə Əməkdaşlıq proqramının meneceri Emin Axundov məlumat verib. Onun sözlərinə görə, hazırda şirkət təhsil sistemi üçün təklif etdiyi proqramlar paketini daha da genişləndirib:
"Artıq bu siyahı daha genişdir və bu proqramlar "Microsoft"un "Learning Suite" tətbiqində öz əksini tapıb. Sözügedən məhsul "Microsoft" korporasiyasının təhsil üçün istifadə oluna bilən bütün proqramlarını özündə ehtiva edir". Şirkət rəsmisi qeyd edib ki, hazırda bir kliklə yüklənən "Microsoft Learning Suite" pulsuz proqram paketinin yenilənmiş versiyası hər kəsə əlçatandır:
"Proqram paketinə daxil olan məhsullar pedaqoqlara və tələbələrə informasiya texnologiyalarının tədris prosesində praktik istifadəsi üçün çox geniş və gözəl imkanlar açır. Paketə videonun yaradılması üçün faydalı proqramlar, təsvirlərin işlənməsi, internetdə informasiyaların yerləşdirilməsi, kimya, riyaziyyat və s. kimi müxtəlif fənlər üçün "MS Office" üzrə xüsusi parametrlər, həmçinin bu tətbiqlərdən istifadə üzrə təlimatlar daxildir". İstifadəçilərin rahatlığı məqsədilə proqram paketində məhsullar tədris fəaliyyətində yaradıcılıq, birgə iş, tədqiqatların aparılması, təlim kimi dörd kateqoriya üzrə qruplaşdırılıb. "Learning Suite" proqram paketi "http://www.pil-network.com" təhsil portalında yerləşdirilib.
Qeyd edək ki, "Microsoft" korporasiyası Azərbaycan müəllimləri və şagirdlər üçün bir müddət əvvəl də təhsil üzrə proqram məhsullarını təqdim etmişdi. Belə ki, bu məhsullara Azərbaycanın təhsil sistemində riyaziyyat (MS Mathematics), kimya (MS Chemistry) və astronomiya (MS Worldwide Telescope) fənlərinin tədrisi zamanı istifadə üçün maraqlı və effektiv proqram əlavələri daxil idi.
Şirkət rəsmisi hesab edir ki, "Microsoft Office" paketinə daxil olan "Word" proqramında istifadə üçün nəzərdə tutulmuş həllər tədris prosesini daha maraqlı edir və biliklərin daha effektiv aşılanmasına yardımçı olur: "Məsələn, riyaziyyat fənninin tədrisi zamanı bir çox şagirdin rastlaşdığı əsas maneələrdən biri qavranılması tələb olunan mürəkkəb anlayışların simvolik şəkildə təqdim olunmasıdır. Əksər hallarda şagirdlər riyaziyyat elminin simvolik təqdimatı səviyyəsinə qədəm qoyduqda onu mürəkkəb və çətin hesab edir.
"Microsoft Mathematics" kimi proqram vəsaitləri şagirdlərə məlumatın istənilən qrafik və vizual şəkildə təsvirini yaratmağa imkan verir. Bununla da şagirdlər istənilən mürəkkəb düsturu vizual diaqrama çevirib qavrama rahatlığını əldə edə bilər.
"Microsoft Word" üçün nəzərdə tutulan "Chemistry" əlavəsi isə kimya fənninin tədrisində istifadə olunan formul və sxemləri təsvir etmək üçün xüsusi imkanlar təqdim edir. Eyni zamanda məktəblər astrologiyanın tədrisi, kainatın öyrənilməsi zamanı "Microsoft Worldwide Telescope" proqramını istifadə edə bilərlər". Proqram həlli kompüterin köməyi ilə virtual teleskop funksiyasının icrasına imkan verir. "Worldwide Telescope" vasitəsilə kainatla bağlı tədqiqatların aparılması üçün "Microsoft" müəllim və şagirdlərə iş üçün müxtəlif materiallar, o cümlədən tədris proqramları, dərs planları və digər resurslar təklif edir.
Bunlarla yanaşı, hazırda siyahısı daha da genişləndirilən "Learning Suite" tətbiqinə musiqi bacarığını üzə çıxarmağa imkan verən "Songsmith", müəllimlərin təhsildə XXI əsrin bacarıqlarını dərindən mənimsəməsi və informasiya texnologiyalarının təhsildə tətbiqi üzrə daha da püxtələşməsinə yönələn "Innovative Teacher Toolkit", kompüter bacarıqlarının və anlayışların mənimsənilməsi, eyni zamanda qiymətləndirilməsi üçün baza tədris planı - "Digital Literacy", 3 ölçülü təsvirlərin yaradılmasına və internetdə izlənilməsinə şərait yaradan "Photosynth", oyunların layihələndirilməsi yolu ilə uşaqlarda proqramlaşdırmaya marağın artırılmasına xidmət edən "Kodu Game Lab" və s. kimi məhsullar daxil edilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1772
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır