12px13px15px17px
Tarix:03/04/13

Prokurorluq işçiləri “İmtahan” informasiya sistemi vasitəsilə yoxlanacaq

Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsi "İmtahan" informasiya sistemi vasitəsilə cari ilin may-iyun aylarında yoxlanacaq.

Bu barədə "ICTnews" xəbər xidmətinə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Baş Prokurorluq bildirir ki, prokurorluq işçilərinin yoxlanılması Azərbaycan Respublikası Baş Prokurorluğu üzrə 07.10.2010-cu il tarixli əmrlə təsdiq edilmiş "Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması Qaydaları"nın 1.4-cü bəndinə müvafiq olaraq 2 ildən bir reallaşır və "İmtahan" informasiya sistemində test üsulu ilə yoxlanılır.

Sonuncu dəfə belə yoxlama 2010-cu ilin dekabr ayında keçirilib. Testlərin sualları, habelə onların hazırlanmasında istifadə olunmuş normativ-hüquqi aktların və digər sənədlərin siyahısı və məzmunu Elm-Tədris Mərkəzinin internet səhifəsində («www.elm.genprosecutor.gov.az » və ya «etm-prok.org» linkləri vasitəsilə fərdi loqinlə daxil olmaq olar) yerləşdirilib. Burada müvafiq məlumatlarla tanış olmaq, eləcə də test bazasının təkmilləşdirilməsinə dair təkliflər göndərmək mümkündür.

SEYMUR



Baxış sayı: 3321

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024