12px13px15px17px
Tarix:03/04/13

“Mail.ru”: saatda 12 milyon məktub

“Mail.ru” şirkəti maraqlı statistika bölüşüb. Şirkətdən verilmiş məlumata əsasən, “Mail.ru” poçt sisteminin iş sistemi həftənin 7 günü, günün 24 saatını işləyən fasiləsiz mexanizmdir.

Şirkətin nümayəndələrinin sözlərinə görə, “Mail.ru” poçt serverləri hər saat ümumi həcmi 4 terabayt olan 2 milyon elektron məktub göndərir və qəbul edir. Spam əleyhinə sistem ilkin yoxlama mərhələsində 8 milyondan çox arzuolunmaz məktubu bloklayır, daha 3 milyon isə növbəti müdafiə mərhələlərində filtrasiya olur.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, istifadəçilər hər saat texniki dəstək xidmətinə təxminən 500 min sorğu göndərir, həm də avtomatik yoxlama sistemi hər saat təxminən 833 min poçt qutusunu yoxlayır və təxminən 512 QB həcmində olan gələn məktubları emal edir.

Bundan başqa, şirkətin poçt serverləri hər saat elektron poçtla əlaqədar təxminən 54000000 sorğu emal edir.

Emil Hüseynov



Baxış sayı: 725

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024