12px13px15px17px
Tarix:03/04/13

Avropa ölkələri “Google” şirkətinə qarşı hücuma keçiblər

Avropa İttifaqı ölkələri "Google" axtarış sisteminə qarşı tədbir görməyə başlayıblar.

"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, hələ 2012-ci ilin oktyabrında avropalı ekspertlər həyəcan siqnalı çalmışdılar.

Avropa İttifaqına daxil olan bir sıra ölkələrin nümayəndələri bildiriblər ki, "Google" tərəfindən qəbul edilmiş məlumatların mühafizəsinin yeni qaydaları İttifaqın qanunvericilik normalarına ziddir. Onlar şirkətin belə siyasətini (istifadəçilər haqqında informasiya toplamaq) tənqid edərək Amerika şirkətinə vəziyyəti düzəltmək üçün 4 ay möhlət vermişdilər.

"Lakin bu müddət ərzində heç bir dəyişiklik baş verməyib" – məlumatların emalı və vətəndaş azadlıqları üzrə Fransa Milli Komissiyasından bildirilib. Bununla əlaqədar Fransa və Avropa Birliyinin beş ölkəsi (Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Hollandiya) "Google" şirkətinə qarşı birgə "hücum"a başlayıblar. Xatırladaq ki, 2012-ci ilin martında "Google" şirkəti çoxsaylı xidmətlərinin iş fəaliyyətini təkmilləşdirmək məqsədilə yeni "Məxfilik siyasəti" qaydalarını tətbiq edib.

"Biz hansı xidmətlərimizdən və necə istifadə etməyiniz haqqında məlumatlar toplayırıq. Bu, məsələn, "AdWords" və ya "AdMob"-da reklam edilən saytlara daxil olduğunuz zaman baş verə bilər" – "Google"un rəsmi səhifəsində qeyd edilib.

Emil Hüseynov



Baxış sayı: 728

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024