12px13px15px17px
Tarix:03/04/13

Naxçıvanda internet tarifləri endirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnternet Mərkəzi ADSL internet xidmətləri üzrə tarifləri azaldıb.

"ICTnews" elektron xəbər xidmətinin adıçəkilən nazirliyə istinadən verdiyi məlumata görə, aprel ayının 1-dən etibarən muxtar respublikada mərkəzin xidmətlərindən daha sərfəli qiymətlərlə istifadə imkanı yaradılıb.

Belə ki, artıq 256 Kb/s, 512 Kb/s, 1, 2 və 3 Mbit/s sürətlə genişzolaqlı internetdən istifadə üçün abunəçilər müvafiq olaraq 7, 10, 15, 20 və 30 manat məbləğində aylıq abunə haqqı ödəyəcəklər.

Bununla yanaşı, 4,5,6 və 8 Mbit/s sürətlə genişzolaqlı internet xidməti müvafiq olaraq 50, 70, 90, 100 manat tarifi ilə təqdim ediləcək. Qeyd edək ki, birdəfəlik qoşulma haqqı 10 manat təşkil edir.

CAHANGİR



Baxış sayı: 1162

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024