Tarix:03/04/13
Belə ki, 1 illik mobil autentifikasiya sertifikatı 4 AZN (ƏDV daxil), 2 illik mobil autentifikasiya sertifikatı 7 AZN (ƏDV daxil), 3 illik mobil autentifikasiya sertifikatı isə 9 AZN (ƏDV daxil) təşkil edir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzindən (MHM) qeyd edilib ki, eyni zamanda mobil imzanın autentifikasiyası sertifikatının tarifləri ilə yeni tərtibatda hazırlanan və təkmilləşdirilən “www.e-imza.az” saytına daxil olmaqla, “Tariflər” menyusundan “Mobil ID” bölməsini seçərək tanış olmaq olar. Elektron imza xidmətləri üçün tariflərə gəlincə, bu, ilk növbədə imzanın istifadə müddətindən asılıdır.
Belə ki, 1 il müddətinə əhali üçün elektron imzanın qiyməti 14, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün 60 manatdır. İmzanın istifadə müddəti 2 il olarsa, bunun üçün əhali 22, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər 114 manat ödəməlidirlər.
İmzanın istifadə müddəti 3 illik olduqda isə əhali üçün elektron imzanın qiyməti 30, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün elektron imzanın qiyməti isə 168 manat təşkil edir. İmzanın istifadə müddətindən asılı olmayaraq, dövlət strukturları üçün elektron imzanın qiyməti isə dəyişməzdir.
Belə ki, dövlət qurumlarından elektron imza vəsiqələrinə artan tələbat nəzərə alınaraq, 3 illik elektron imza sertifikatlarının qiyməti 135 AZN-dən 80 AZN-ə salınıb. Elektron imza xidmətləri üçün tariflərə ƏDV də daxildir.
Elektron imzanın alınması ilə bağlı müraciətlər artıq “Azərpoçt” MMC-nin şöbələrində də qəbul olunur. Elektron imzaların verilməsi, həmçinin ərizənin alıcılar tərəfindən təqdim edilməsi və imzanın dəyərinin ödənişindən sonra poçt rabitəsinin şöbələri tərəfindən həyata keçirilir.
Elektron imzanın qiyməti onun istifadə müddətindən və istifadəçinin kateqoriyasından asılı olaraq dəyişir. Elektron imzanı Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında əldə etmək olar.
HƏQİQƏT
Mobil imzanın autentifikasiyası sertifikatının qiymətləri müəyyənləşib
Yaxın zamanlarda smartfon və planşet istifadəçiləri üçün təqdim ediləcək mobil imzanın autentifikasiyası sertifikatının qiymətləri müəyyənləşib.Belə ki, 1 illik mobil autentifikasiya sertifikatı 4 AZN (ƏDV daxil), 2 illik mobil autentifikasiya sertifikatı 7 AZN (ƏDV daxil), 3 illik mobil autentifikasiya sertifikatı isə 9 AZN (ƏDV daxil) təşkil edir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzindən (MHM) qeyd edilib ki, eyni zamanda mobil imzanın autentifikasiyası sertifikatının tarifləri ilə yeni tərtibatda hazırlanan və təkmilləşdirilən “www.e-imza.az” saytına daxil olmaqla, “Tariflər” menyusundan “Mobil ID” bölməsini seçərək tanış olmaq olar. Elektron imza xidmətləri üçün tariflərə gəlincə, bu, ilk növbədə imzanın istifadə müddətindən asılıdır.
Belə ki, 1 il müddətinə əhali üçün elektron imzanın qiyməti 14, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün 60 manatdır. İmzanın istifadə müddəti 2 il olarsa, bunun üçün əhali 22, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər 114 manat ödəməlidirlər.
İmzanın istifadə müddəti 3 illik olduqda isə əhali üçün elektron imzanın qiyməti 30, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün elektron imzanın qiyməti isə 168 manat təşkil edir. İmzanın istifadə müddətindən asılı olmayaraq, dövlət strukturları üçün elektron imzanın qiyməti isə dəyişməzdir.
Belə ki, dövlət qurumlarından elektron imza vəsiqələrinə artan tələbat nəzərə alınaraq, 3 illik elektron imza sertifikatlarının qiyməti 135 AZN-dən 80 AZN-ə salınıb. Elektron imza xidmətləri üçün tariflərə ƏDV də daxildir.
Elektron imzanın alınması ilə bağlı müraciətlər artıq “Azərpoçt” MMC-nin şöbələrində də qəbul olunur. Elektron imzaların verilməsi, həmçinin ərizənin alıcılar tərəfindən təqdim edilməsi və imzanın dəyərinin ödənişindən sonra poçt rabitəsinin şöbələri tərəfindən həyata keçirilir.
Elektron imzanın qiyməti onun istifadə müddətindən və istifadəçinin kateqoriyasından asılı olaraq dəyişir. Elektron imzanı Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında əldə etmək olar.
HƏQİQƏT
Baxış sayı: 1884
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır