Tarix:03/04/13
Forum çərçivəsində "Panasonic" şirkətinin nümayəndəsi Vadim Deryuqin 2013-cü ildə İT məhsullar bazarına çıxarılacaq peşəkar displeylər, proyektorlar haqda ətraflı məlumat verib. "Artıq proyektorların istifadə sahəsi xeyli genişlənib, onlardan təhsil sistemində, kinoda, sərgilərdə, muzeylərdə istifadə edilir. Yaxın üç il ərzində 3 min Lm-dən artıq işıq axınına malik olan proyektorlara tələbat daha çox olacaq.
Bu il biz bazara simsiz idarə edilən, interaktiv, 3-4 çipli, qısafokuslu proyektorlar təqdim edəcəyik. Bu proyektorlarda işıq itkisinin qarşısını alan xüsusi filtrlərdən istifadə edilir. "Panasonic"in təqdim etdiyi panoram proyektorlar artıq Azərbaycanda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsi çərçivəsində təşkil edilmiş "Euroclub"da uğurla istifadə edilib, eyni zamanda Pekində keçirilən Olimpiya Oyunları zamanı da xüsusi effektlərə nail olmaq üçün bu avadanlıqlardan istifadə edilib.
Bizim interaktiv proyektorlar hətta "Multi Tac" funksiyasını da dəstəkləyir və prezentasiya zamanı interaktiv lövhədə hər hansı məlumatları dairəyə almaq olar", - deyə V. Dryuqin bildirib. "Mitsubishi" şirkətinin nümayəndəsi Mixail Nevzorov "Geniş çeşidli korporativ məsələlər üçün innovativ displeylər", "Harman" şirkətinin peşəkar sistemlərin satış üzrə mütəxəssisi Qriqoriy Parovichnikov "Səs industriyasının müasir tendensiyaları", "Flipbox" şirkətinin nümayəndəsi Elena Novikova " Biznes kommunikasiyalarının "Rəqəmli pəncərəsi" mövzusunda təqdimatlarla çıxış ediblər.
Aynur Vəliyeva
Azərbaycanda işıq və səs sistemləri sahəsində ixtisaslaşan dünyanın aparıcı şirkətlərinin peşəkar forumu keçirilib
Bakıda Rusiyanın "AV Fokus" şirkətinin peşəkar forumu keçirilib. "ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə "Panasonic", "HARMAN", "Mitsubishi Electric", "Flipbox" şirkətlərinin nümayəndələri yerli bazara təqdim etməyə hazır olduqları məhsullar haqda təqdimatlar keçiriblər.Forum çərçivəsində "Panasonic" şirkətinin nümayəndəsi Vadim Deryuqin 2013-cü ildə İT məhsullar bazarına çıxarılacaq peşəkar displeylər, proyektorlar haqda ətraflı məlumat verib. "Artıq proyektorların istifadə sahəsi xeyli genişlənib, onlardan təhsil sistemində, kinoda, sərgilərdə, muzeylərdə istifadə edilir. Yaxın üç il ərzində 3 min Lm-dən artıq işıq axınına malik olan proyektorlara tələbat daha çox olacaq.
Bu il biz bazara simsiz idarə edilən, interaktiv, 3-4 çipli, qısafokuslu proyektorlar təqdim edəcəyik. Bu proyektorlarda işıq itkisinin qarşısını alan xüsusi filtrlərdən istifadə edilir. "Panasonic"in təqdim etdiyi panoram proyektorlar artıq Azərbaycanda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsi çərçivəsində təşkil edilmiş "Euroclub"da uğurla istifadə edilib, eyni zamanda Pekində keçirilən Olimpiya Oyunları zamanı da xüsusi effektlərə nail olmaq üçün bu avadanlıqlardan istifadə edilib.
Bizim interaktiv proyektorlar hətta "Multi Tac" funksiyasını da dəstəkləyir və prezentasiya zamanı interaktiv lövhədə hər hansı məlumatları dairəyə almaq olar", - deyə V. Dryuqin bildirib. "Mitsubishi" şirkətinin nümayəndəsi Mixail Nevzorov "Geniş çeşidli korporativ məsələlər üçün innovativ displeylər", "Harman" şirkətinin peşəkar sistemlərin satış üzrə mütəxəssisi Qriqoriy Parovichnikov "Səs industriyasının müasir tendensiyaları", "Flipbox" şirkətinin nümayəndəsi Elena Novikova " Biznes kommunikasiyalarının "Rəqəmli pəncərəsi" mövzusunda təqdimatlarla çıxış ediblər.
Aynur Vəliyeva
Baxış sayı: 852
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır