Tarix:03/04/13
Tədbirdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov "İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında" Protokol üzrə İşçi Qrupunun yaradılmasının da ikitərəfli iqtisadi əlaqələrin inkişafı, təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin KOSGEB təşkilatı arasında imzalanmış "İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında" Protokol üzrə İşçi Qrupunun fəaliyyəti və görəcəyi işlər barədə məlumat verib.
Bildirilib ki, 2006-ci ildə imzalanmış sənədin əsas məqsədi Azərbaycanın və Türkiyənin kiçik və orta sahibkarları arasında müxtəlif sahələrdə iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, hər iki ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların beynəlxalq bazarda rəqabətinin inkişafına dəstək göstərilməsi, təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsidir.
Bu məqsədlə yaradılmış İşçi Qrupu çərçivəsində hər iki ölkənin KOS-ları arasında müxtəlif sərgi, seminar və tədbirlərə dair məlumat mübadiləsinin, iş adamlarının qarşılıqlı səfərlərinin təşkili, KOS-lara dəstək siyasəti və bu sahədə tətbiq edilən modellər barədə sahibkarların məlumatlandırılması və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. KOSGEB-in vitse-prezidenti Salih Tuna Şahin Azərbaycana səfərindən və "İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında" Protokol üzrə İşçi Qrupunun ilk iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə etmiş, İşçi Qrupunun kiçik və orta sahibkarlıq sahəsində fəaliyyət göstərən iş adamları arasında əlaqələrin inkişafı, hər iki ölkənin KOS-ları arasında təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti, həmçinin AZPROMO-nun fəaliyyəti barədə məlumat verib. İclas çərçivəsində İşçi Qrupunun fəaliyyətinə və həyata keçirəcəyi tədbirlərə dair müzakirələr aparılmış, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Aprelin 5-dək davam edəcək səfər çərçivəsində Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının nümayəndələri görüşlər keçirəcək, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olacaqlar.
Həqiqət İSABALAYEVA
Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin nümayəndələri ölkəmizdə səfərdədir
Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) nümayəndələri ölkəmizdə səfərdədir. Səfər çərçivəsində aprelin 3-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyi ilə KOSGEB arasında imzalanmış "İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında" Protokol üzrə İşçi Qrupunun ilk iclası keçirilib.Tədbirdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov "İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında" Protokol üzrə İşçi Qrupunun yaradılmasının da ikitərəfli iqtisadi əlaqələrin inkişafı, təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin KOSGEB təşkilatı arasında imzalanmış "İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında" Protokol üzrə İşçi Qrupunun fəaliyyəti və görəcəyi işlər barədə məlumat verib.
Bildirilib ki, 2006-ci ildə imzalanmış sənədin əsas məqsədi Azərbaycanın və Türkiyənin kiçik və orta sahibkarları arasında müxtəlif sahələrdə iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, hər iki ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların beynəlxalq bazarda rəqabətinin inkişafına dəstək göstərilməsi, təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsidir.
Bu məqsədlə yaradılmış İşçi Qrupu çərçivəsində hər iki ölkənin KOS-ları arasında müxtəlif sərgi, seminar və tədbirlərə dair məlumat mübadiləsinin, iş adamlarının qarşılıqlı səfərlərinin təşkili, KOS-lara dəstək siyasəti və bu sahədə tətbiq edilən modellər barədə sahibkarların məlumatlandırılması və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. KOSGEB-in vitse-prezidenti Salih Tuna Şahin Azərbaycana səfərindən və "İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında" Protokol üzrə İşçi Qrupunun ilk iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə etmiş, İşçi Qrupunun kiçik və orta sahibkarlıq sahəsində fəaliyyət göstərən iş adamları arasında əlaqələrin inkişafı, hər iki ölkənin KOS-ları arasında təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti, həmçinin AZPROMO-nun fəaliyyəti barədə məlumat verib. İclas çərçivəsində İşçi Qrupunun fəaliyyətinə və həyata keçirəcəyi tədbirlərə dair müzakirələr aparılmış, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Aprelin 5-dək davam edəcək səfər çərçivəsində Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının nümayəndələri görüşlər keçirəcək, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olacaqlar.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 699
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır