12px13px15px17px
Tarix:04/04/13

"Facebook" mobil reklamdan pul “qırır”

İnternet reklam bazarının araşdırılması üzrə ixtisaslaşmış "eMarketer" analitik şirkətinin qiymətləndirməsinə görə, 2013-cü ildə "Facebook" sosial şəbəkəsinin mobil reklamdan əldə etdiyi gəlirin həcmi 1 milyard dollar olacaq.

Qeyd edək ki, bu göstərici 2012-ci illə müqayisədə 2.5 dəfə çoxdur. "ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən xəbər verir ki, həmçinin, "Facebook" şirkəti bu gün öz qərargahında mətbuat konfransı keçirəcək. Konfransda yeni smartfon təqdim ediləcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, "Facebook"un aylıq auditoriyası 1,06 milyard istifadəçi təşkil edir və onların 50%-i sosial şəbəkəyə mobil qurğular vasitəsilə daxil olur.

Emil Hüseynov



Baxış sayı: 723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024