Tarix:05/04/13
Mərkəz rəhbərinin sözlərinə görə, İKT sektorunun bu seqmenti, xüsusən də internet sahəsində olan biznes yaxşı potensiala malikdir: “İnternet-biznes baxımından, son illər Azərbaycan bazarında sərmayələr internet-mediaya yönəlirdi, halbuki internet sahəsi daha genişdir və bu bazarın həcmi yaxın 5 il ərzində dəfələrlə arta bilər. Hazırda bazarda dəyəri bir milyon ABŞ dollarını keçən bir neçə internet-biznes mövcuddur və bu cür layihələrin sayı tədricən artacaq”.
Ekspert hesab edir ki, investorların marağına səbəb ola biləcək internet-layihəsinin yaradılması üçün ən optimal yol startaplar müsabiqəsində iştirakdır. Məhz bu cür müsabiqələr çərçivəsində gənc proqramçılardan ibarət olan komandalar öz ideyalarını və ya artıq fəaliyyət göstərən internet-layihələrini gözlənilən gəlirlər baxımından investorların marağına səbəb ola biləcək davamlı biznes-model üçün irəli sürə bilər:
“Misal üçün, bunu hazırda keçirilən “Startup Azerbaijan” müsabiqəsində etmək olar. İlk dəfə olaraq sözügedən müsabiqə bütün marağı olan tərəflərin, o cümlədən investor və mentorların cəlbi ilə tələb olunan standartlar üzrə keçirilir. Mövcud vəziyyətin təhlili göstərir ki, artıq Azərbaycanda perspektivli layihələrə bir milyon ABŞ dollarna qədər sərmayə yatırmağa hazır olan real investorlar var, ancaq bununla belə maraqlı layihələrin sayı çox azdır. Sadəcə, istifadəçilərin maraqlarını cəlb etmək məqsədilə yüzlərlə saytların yaradılması dövrünü əhatə edən son 10-15 ilin “internet-idelizmi”ndən fərqli olaraq hazırkı mərhələdə vəziyyət tam başqadır – sayt və ya proqram real qazanmaq imkanına malik olmalıdır. Bunu isə azərbaycanlı startaperlər hələ öyrənməlidirlər”.
Həqiqət İSABALAYEVA
Startaplar “bum”u nəticəsində yaxın 3-5 il ərzində Azərbaycanda yeni milyonçular meydana çıxa bilər
İKT sahəsində gözlənilən startaplar “bum”u əsasən gənc nəsil arasından yeni milyonçuların meydana çıxması ilə nəticələnə bilər. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu haqda İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bəyan edib.Mərkəz rəhbərinin sözlərinə görə, İKT sektorunun bu seqmenti, xüsusən də internet sahəsində olan biznes yaxşı potensiala malikdir: “İnternet-biznes baxımından, son illər Azərbaycan bazarında sərmayələr internet-mediaya yönəlirdi, halbuki internet sahəsi daha genişdir və bu bazarın həcmi yaxın 5 il ərzində dəfələrlə arta bilər. Hazırda bazarda dəyəri bir milyon ABŞ dollarını keçən bir neçə internet-biznes mövcuddur və bu cür layihələrin sayı tədricən artacaq”.
Ekspert hesab edir ki, investorların marağına səbəb ola biləcək internet-layihəsinin yaradılması üçün ən optimal yol startaplar müsabiqəsində iştirakdır. Məhz bu cür müsabiqələr çərçivəsində gənc proqramçılardan ibarət olan komandalar öz ideyalarını və ya artıq fəaliyyət göstərən internet-layihələrini gözlənilən gəlirlər baxımından investorların marağına səbəb ola biləcək davamlı biznes-model üçün irəli sürə bilər:
“Misal üçün, bunu hazırda keçirilən “Startup Azerbaijan” müsabiqəsində etmək olar. İlk dəfə olaraq sözügedən müsabiqə bütün marağı olan tərəflərin, o cümlədən investor və mentorların cəlbi ilə tələb olunan standartlar üzrə keçirilir. Mövcud vəziyyətin təhlili göstərir ki, artıq Azərbaycanda perspektivli layihələrə bir milyon ABŞ dollarna qədər sərmayə yatırmağa hazır olan real investorlar var, ancaq bununla belə maraqlı layihələrin sayı çox azdır. Sadəcə, istifadəçilərin maraqlarını cəlb etmək məqsədilə yüzlərlə saytların yaradılması dövrünü əhatə edən son 10-15 ilin “internet-idelizmi”ndən fərqli olaraq hazırkı mərhələdə vəziyyət tam başqadır – sayt və ya proqram real qazanmaq imkanına malik olmalıdır. Bunu isə azərbaycanlı startaperlər hələ öyrənməlidirlər”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 940
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır