12px13px15px17px
Tarix:05/04/13

“İstedadların hazırlığı laboratoriyası” layihəsinə start verildi

Azərbaycanda "İstedadların hazırlığı laboratoriyası" layihəsinə start verilib. Layihə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

"ICTnews" elektron xəbər xidmətinə nazirlikdən verilən məlumata görə, layihənin əsas məqsədi - yeniyetmələr arasında elmi və texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elm və texnika sahəsində istedadlı yeniyetmələrin üzə çıxarılmasıdır.

Layihənin keçirilməsində riyaziyyat, fizika, kimya və məntiq elmlərinə marağı olan və istedadı ilə seçilən yeniyetmə və gənclərin üzə çıxarılması, onların daha da inkişaf etdirilməsi əsas vəzifə kimi qarşıya qoyulub. "İstedadların hazırlığı laboratoriyası"na seçim bütün ölkə üzrə keçiriləcək onlayn olimpiadalar vasitəsi ilə baş tutacaq. Yüksək bal toplayan iştirakçılar final (əyani) mərhələdə öz biliklərini sınayacaqlar.

İştirakçılar 14-16 yaş arasında olmalıdır və müstəsna hal kimi 14 yaşdan kiçik olan yeniyetmələr də iştirak etmə hüququna malikdirlər. Qeydiyyatdan keçmək və layihə haqqında məlumat almaq üçün " www.istedad.az " saytına daxil olmaq lazımdır.

Qaliblər nəzərdə tutulmuş diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, beynəlxalq və dünya fənn olimpiadalarında iştirak etmək şansını qazanacaqlar.

HƏQİQƏT



Baxış sayı: 1128

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024