12px13px15px17px
Tarix:06/04/13

“Android” platforması bir il ərzində “Instagram”ın auditoriyasının 50%-ni ələ keçirib

"Instagram"ın təsisçiləri xidmətin rəsmi səhifəsində bəyan ediblər ki, "Android" platformasında işləyən smartfon və planşet sahibləri onun auditoriyasının təxminən 50%-ni təşkil edir.

"Instagram" xidmətinin nümayəndələri qeyd ediblər ki, xidmətin bir çox tanınmış istifadəçiləri "Android" mobil əməliyyat sistemi ilə işləyən qurğularda fotolar çəkirlər. Məsələn, fotoqraf Devid Qamboa "Galaxy Note II" və "Galaxy Camera" qurğularından istifadə edir.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, 2013-cü il fevralın sonuna olan məlumata əsasən, sözügedən xidmətdən 100 milyondan çox insan istifadə edir.

Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin aprelində xidmətin auditoriyası 50 milyon olub.

Xatırladaq ki, "Instagram" mobil tətbiqi 2010-cu ildə təqdim edilib. "Android" platforması üçün versiya 2012-ci il aprelin 3-də istifadəyə verilib.

Emil Hüseynov



Baxış sayı: 812

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024