Tarix:06/04/13
Onun sözlərinə görə, bu modellərə bütün dünyada olduğu kimi, Azərbaycanda da maraq olacağı əvvəldən məlum olub. Onun sözlərinə görə, "Windows Phone 8" əməliyyat sistemi ilə təchiz olunan ən son "Lumia" modellərinə tələbat "WP7,5" versiyalı smartfonlara nisbətən daha çox olub. Belə ki, bu smartfonların qlobal təqdimatından təqribən 5 ay sonra Azərbaycanda satışa çıxarılmasına baxmayaraq, ilkin sifarişlər gözləniləndən daha artıq olub.
Cari ilin əvvəlindən 2000 ədəddən çox "Nokia Lumia 920" və "820" modeli satılıb. Bu, digər "Lumia" modellərinin Azərbaycanda ilkin satış göstəricilərindən 2 dəfə çox nəticə deməkdir. Bu iki flaqman modeldən əlavə, mart ayının ortalarından yerli bazarda satışa çıxarılan Nokia Lumia 620" modelinin də sərfəli qiymət baxımından uğurlu satış göstəriciləri əldə etdiyini bildirdi.
Yaxın zamanlarda Azərbaycanda satışa çıxarılacaq "Nokia" modellərinin də anonsunu verdi. Belə ki, aprel ayında "Nokia 520" və "720" smartfonları yerli alıcıların ixtiyarına veriləcək.
Ötən il "WP" əməliyyat sistemli smartfonlar bazarın həcminin 0,45 faizini təşkil edirdi, hazırda bu rəqəm Azərbaycan bazarı üçün 3%-dən artıqdır. İstifadə olunan telefonların isə 2%-ə yaxınını təşkil edir.
RƏVAN
“Nokia”nın “Lumia” seriyasından olan modellərinə maraq daha çoxdur
Azərbaycanda "Nokia"nın ən son Lumia" modelləri olan "Nokia Lumia 820" və "Nokia Lumia 920"-yə böyük maraq var. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə "Nokia"nın Azərbaycandakı rəsmi distribüteri olan "MobiTel" şirkətinin kommersiya direktoru Cümşüd Əliyev bildirib.Onun sözlərinə görə, bu modellərə bütün dünyada olduğu kimi, Azərbaycanda da maraq olacağı əvvəldən məlum olub. Onun sözlərinə görə, "Windows Phone 8" əməliyyat sistemi ilə təchiz olunan ən son "Lumia" modellərinə tələbat "WP7,5" versiyalı smartfonlara nisbətən daha çox olub. Belə ki, bu smartfonların qlobal təqdimatından təqribən 5 ay sonra Azərbaycanda satışa çıxarılmasına baxmayaraq, ilkin sifarişlər gözləniləndən daha artıq olub.
Cari ilin əvvəlindən 2000 ədəddən çox "Nokia Lumia 920" və "820" modeli satılıb. Bu, digər "Lumia" modellərinin Azərbaycanda ilkin satış göstəricilərindən 2 dəfə çox nəticə deməkdir. Bu iki flaqman modeldən əlavə, mart ayının ortalarından yerli bazarda satışa çıxarılan Nokia Lumia 620" modelinin də sərfəli qiymət baxımından uğurlu satış göstəriciləri əldə etdiyini bildirdi.
Yaxın zamanlarda Azərbaycanda satışa çıxarılacaq "Nokia" modellərinin də anonsunu verdi. Belə ki, aprel ayında "Nokia 520" və "720" smartfonları yerli alıcıların ixtiyarına veriləcək.
Ötən il "WP" əməliyyat sistemli smartfonlar bazarın həcminin 0,45 faizini təşkil edirdi, hazırda bu rəqəm Azərbaycan bazarı üçün 3%-dən artıqdır. İstifadə olunan telefonların isə 2%-ə yaxınını təşkil edir.
RƏVAN
Baxış sayı: 1450
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır