12px13px15px17px
Tarix:06/04/13

BTRİB prezident seçkilərinin texniki məsələlərin həll olunması üçün tədbirlərə başlayıb

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi bu il ölkədə keçiriləcək prezident seçkilərinin bütün texniki məsələlərin yüksək səviyyədə həll olunması üçün tədbirlərə başlayıb.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə birliyin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, seçki məntəqələrinin veb-kameralarla təchiz olunması nəzərdə tutulub. "Otən seçkilərdə BTRİB tərəfindən 190 məntəqədə kameralar qurulub.

Təcrübəmiz bu işin yüksək səviyyədə həyata keçirilməsinə şərait yaratdı. Bu il isə belə məntəqələrin sayının 300-ə çatdırılması nəzərdə tutulub. Kameraların qurulması ilə əlaqədar yeni şəbəkə konfiqurasiyası işlərinin həyata keçirilməsi nəzərdə tutulub"- deyə baş mütəxəssis bildirib.

Öz növbəsində Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərlə əlaqədar məntəqələrin veb-kameralarla təchiz edilməsini şəffaflığın daha da artırılması istiqamətində addım kimi dəyərləndirir. Qeyd edək ki, Azərbaycanda prezident seçkisi 16 oktyabr 2013-cü il tarixində keçiriləcək.

RƏVAN



Baxış sayı: 858

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024