12px13px15px17px
Tarix:08/04/13

Hər bir region üzrə “Gənc könüllülər klubu”nun “Facebook” səhifəsi açılacaq

"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq, "Regionlarda "Gənc könüllülər klubu" nun yaradılması, gənclərin könüllü fəaliyyətə həvəs¬ləndirilməsi-1 mərhələ" adlı layihənin icrasına başlanılır.

Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilən və "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsədi region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsidir. Bundan əlavə, layihə regionlarda könüllülük ide¬yasının gənclər arasında təşviq olunması, könüllülərin formalaşdırılmasını, İcma-könüllü əməkdaşlığının qurulmasını nəzərdə tutur.

Gənclər və İdman Nazirliyindən qeyd edilib ki, layihə çərçivəsində Mingəçevir Qazax, Oğuz, Qəbələ, Yevlax, Şirvan, Sabirabad, Masallı kimi regionlarda "Könüllü məktəbi" çərçivəsində təlimlər keçiril¬əcək: "Təlimlərin nəticəsi olaraq, regionlarda "Gənc könüllülər klubları" yaradıl¬acaq. Yaradılacaq "klublar" davamlı fəaliyyət gös¬tərəcək və regionlarda müxtəlif könüllülük təşəbbüslərində iştirak edəcək. Layihə çərçivəsində hər bir region "Gənc könüllülər klubu"nun "Facebook" səhifəsi açılacaq.

Bu səhifə vasitəsilə region¬larda könüllülüklə məşğul olmaq istəyən gənclər şəbəkələşəcək, bir-biri ilə daha sıx əlaqədə işləyəcəklər. Regionlarda "Gənc könüllülər klubları"nda təmsil olunan gənclər sosial təşəbbüslərlə çıxış edəcəklər və regionda layihələrin icrasında iştirak edəcəklər".

HƏQİQƏT



Baxış sayı: 863

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024