12px13px15px17px
Tarix:08/04/13

“Elektron hökumət” eyni məlumatların müxtəlif mənbələrdə formalaşdırılması hallarını aradan qaldıracaq

Ölkəmizdə müasir tələblərə cavab verən idarəetmənin təşkil edilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığının təmin edilməsi və bürokratiyanın aradan qaldırılması üçün "Elektron hökumət"in inkişafı, təkmilləşdirilməsi və elektron xidmətlərin göstərilməsi istiqamətində tədbirlərin davam etdirilməsi zəruridir.

"Elektron hökumət"in inkişafi məqsədilə elektron xidmətlərin əhatə dairəsinin və onlardan vətəndaşların istifadəsinin genişləndirilməsi həyata keçiriləcək. Dövlət orqanlarında kağız daşıyıcılarda mövcud olan məlumatların elektronlaşdırılması, onların müvafiq elektron informasiya ehtiyatlarında toplanılması bu işlərə əsas yaradacaq.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Elektron hökumət"in inkişaf perspektivlәri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan "Elektron Hökumәt Bülleteni"nin 4-cü sayında yer alıb.

Məlumatda qeyd edilib ki, dövlət orqanlarında informasiya sistemlərinin istifadəsinin hərtərəfliliyi və elektron xidmətlərin "Elektron hökumət" portalına tam inteqrasiyası təmin ediləcək. Mövcud informasiya sistemləri və ehtiyatları arasında səmərəli informasiya mübadiləsinin təmin edilməsi üçün informasiya ehtiyatlarında fərdi identifikasiya nömrələrindən (FİN) istifadə təmin ediləcək, informasiya mübadiləsi "Elektron hökumət" portalı vasitəsilə aparılacaq və eyni məlumatların müxtəlif mənbələrdə formalaşdırılması halları aradan qaldırılacaq. İnformasiya ehtiyatlarından ünvanlı istifadənin və fərdi məlumatların mühafizəsinin təmin edilməsi üçün autentifikasiya mexanizmləri gücləndiriləcək, elektron imza texnologiyaları tətbiq ediləcək və "Elektron hökumət" portalının təqdim etdiyi vasitələrdən geniş istifadə olunacaq.

Dövlət qulluqçularının elektron xidmətlərin təşkili, vətəndaşların isə onlardan istifadəsi sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirmə və təşviqat, stimullaşdırılma tədbirləri genişləndiriləcək. "Elektron hökumət"in inkişafında innovativ yeniliklərin tətbiqinə, sosial şəbəkələr və digər onlayn media vasitələrindən istifadəyə fikir veriləcək.

HƏQİQƏT



Baxış sayı: 1008

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024