Tarix:09/04/13
Onun sözlərinə görə, 2013-cü ilin "İnformasiya və kommunikasiya texnologiyaları ili» elan edilməsi ilə rayonda bu sahədə köklü islahatlara başlanılıb. Rayon üzrə 1 mərkəz və 21 kənd stansiyası ilə sakinlərə rabitə xidmətləri göstərilir.
Oğuz TKQ-nin kollektivi tərəfindən ilin əvvəlindən müəyyənləşdirilmiş konkret fəaliyyət proqramına uyğun olaraq "İKT ili"ni uğurla başa çatdırmaq məqsədi ilə texniki-istismar və maliyyə göstəricilərinin yaxşılaşdırılması sahəsində xeyli işlər görülüb. İlin əvvəlindən Xaçmaz - Filfilli və Muxas – Baş Daşağıl kəndləri istiqamətində fiber-optik kabel çəkilişi başa çatdırılıb.
Qovşağın kollektivi tərəfindən müasir texnologiyaların tətbiqinə diqqət xeyli artırılaraq, rayonda sürətli internet şəbəkəsinin genişləndirilməsinə əlverişli zəmin yaradılıb. İlin əvvəlindən rayonun Bayan, Qumlaq, Xaçmaz, Muxas və Top kəndlərinin əhalisi sürətli internetlə təmin edilib, sürətli internet xidmətlərindən istifadə edən kənd EATS-lərin sayı 8-ə çatdırılıb. Yaxın aylar ərzində 4 kənd EATS-nin də yüksəksürətli internetə qoşulması təmin ediləcək.
Ümumiyyətlə, rayon üzrə «Aztelekom.net» provayderinin xidmətindən istifadə edən abonentlərin sayı 350 nəfəri keçib ki, bunların da 150 nəfəri cari ildə internetə qoşulmuş abonentlərdir. T.Musayev daha sonra bildirdi ki, cari ilin ötən dövrü ərzində rayon ərazisində 89,0 min manat həcmində rabitə xidməti göstərilib ki, bunun da 71,5 min manatı əhali sektorunun payına düşür.
Bu müddət ərzində dövlət büdcəsinə 9,1 min manat, büdcədənkənar fondlara isə 7,2 min manat həcmində vəsait köçürülmüşdür. Rayon üzrə telefon aparatlarının sayı 6255 ədədə çatdırılmış, hər 100 nəfərə düşən telefon aparatlarının sayı 15,5 ədəd, hər 100 ailəyə düşən telefonların sayı isə 72,6 ədəd təşkil edib ki, bu da müvafiq olaraq regionlar üzrə orta göstəricidən xeyli çoxdur.
RƏVAN
Oğuzun kəndlərində genişzolaqlı internet xidmətlərindən istifadə edənlərin sayı artır
Oğuz rayonunda vətəndaşların informasiya texnologiyaları ilə tam təmin edilməsi istiqamətində yeni layihələrə başlanılıb. Bu barədə rayon telekommunikasiya qovşağının rəisi Tahir Musayev məlumat verib.Onun sözlərinə görə, 2013-cü ilin "İnformasiya və kommunikasiya texnologiyaları ili» elan edilməsi ilə rayonda bu sahədə köklü islahatlara başlanılıb. Rayon üzrə 1 mərkəz və 21 kənd stansiyası ilə sakinlərə rabitə xidmətləri göstərilir.
Oğuz TKQ-nin kollektivi tərəfindən ilin əvvəlindən müəyyənləşdirilmiş konkret fəaliyyət proqramına uyğun olaraq "İKT ili"ni uğurla başa çatdırmaq məqsədi ilə texniki-istismar və maliyyə göstəricilərinin yaxşılaşdırılması sahəsində xeyli işlər görülüb. İlin əvvəlindən Xaçmaz - Filfilli və Muxas – Baş Daşağıl kəndləri istiqamətində fiber-optik kabel çəkilişi başa çatdırılıb.
Qovşağın kollektivi tərəfindən müasir texnologiyaların tətbiqinə diqqət xeyli artırılaraq, rayonda sürətli internet şəbəkəsinin genişləndirilməsinə əlverişli zəmin yaradılıb. İlin əvvəlindən rayonun Bayan, Qumlaq, Xaçmaz, Muxas və Top kəndlərinin əhalisi sürətli internetlə təmin edilib, sürətli internet xidmətlərindən istifadə edən kənd EATS-lərin sayı 8-ə çatdırılıb. Yaxın aylar ərzində 4 kənd EATS-nin də yüksəksürətli internetə qoşulması təmin ediləcək.
Ümumiyyətlə, rayon üzrə «Aztelekom.net» provayderinin xidmətindən istifadə edən abonentlərin sayı 350 nəfəri keçib ki, bunların da 150 nəfəri cari ildə internetə qoşulmuş abonentlərdir. T.Musayev daha sonra bildirdi ki, cari ilin ötən dövrü ərzində rayon ərazisində 89,0 min manat həcmində rabitə xidməti göstərilib ki, bunun da 71,5 min manatı əhali sektorunun payına düşür.
Bu müddət ərzində dövlət büdcəsinə 9,1 min manat, büdcədənkənar fondlara isə 7,2 min manat həcmində vəsait köçürülmüşdür. Rayon üzrə telefon aparatlarının sayı 6255 ədədə çatdırılmış, hər 100 nəfərə düşən telefon aparatlarının sayı 15,5 ədəd, hər 100 ailəyə düşən telefonların sayı isə 72,6 ədəd təşkil edib ki, bu da müvafiq olaraq regionlar üzrə orta göstəricidən xeyli çoxdur.
RƏVAN
Baxış sayı: 1029
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı