12px13px15px17px
Tarix:09/04/13

Bu gündən abituriyentlər internet vasitəsilə elektron ərizələrini doldura bilərlər

Azərbaycanda 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin ərizə qəbulu başlayır.

Tələbə Qəbulu Məsələləri üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, abituriyentlər bu gündən mayın 17-dək internet vasitəsilə elektron ərizələrini doldurur və tələb olunan sənədləri aprelin 15-dən mayın 17-dək müvafiq Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirirlər. Qeyd edək ki, aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini bu gündən mayın 17-dək SQK-lara müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq edirlər:

Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən abituriyentlər; Azərbaycan Respublikasının ilk peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər; 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər.

CAHANGİR



Baxış sayı: 1903

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024