Tarix:09/04/13
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxışında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, Azərbaycanla Litva arasında kənd təsərrüfatı, bərpa olunan enerji, sənaye sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur.
Öz növbəsində Litvanın baş naziri Algirdas Butkeviçius qeyd edib ki, Azərbaycan bazarı Litva şirkətləri üçün böyük maraq kəsb edir. “Azərbaycanla Litva arasında ticarət dövriyyəsi mütəmadi olaraq artır. Belə ki, 2012-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 34% artaraq 49 milyon dollar təşkil edib. Litvadan Azərbaycana idxal həcmi ötən il 52% artıb və 45 milyon dollar təşkil edib.
Litva şirkətləri Azərbaycan özəl sektoruna 500 milyon istehlakçısı olan Avropa İttifaqı bazarına çıxış imkanı verə bilər", - deyə o bildirib. Forumda müxtəlif sahələri təmsil edən, 100-dən çox şirkətin nümayəndələri iştirak edir.
Aynur Vəliyeva
Bakıda Azərbaycan-Litva Biznes Forumu keçirilir
Bu gün Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Litva Biznes Forumu işə başlayıb.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxışında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, Azərbaycanla Litva arasında kənd təsərrüfatı, bərpa olunan enerji, sənaye sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur.
Öz növbəsində Litvanın baş naziri Algirdas Butkeviçius qeyd edib ki, Azərbaycan bazarı Litva şirkətləri üçün böyük maraq kəsb edir. “Azərbaycanla Litva arasında ticarət dövriyyəsi mütəmadi olaraq artır. Belə ki, 2012-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 34% artaraq 49 milyon dollar təşkil edib. Litvadan Azərbaycana idxal həcmi ötən il 52% artıb və 45 milyon dollar təşkil edib.
Litva şirkətləri Azərbaycan özəl sektoruna 500 milyon istehlakçısı olan Avropa İttifaqı bazarına çıxış imkanı verə bilər", - deyə o bildirib. Forumda müxtəlif sahələri təmsil edən, 100-dən çox şirkətin nümayəndələri iştirak edir.
Aynur Vəliyeva
Baxış sayı: 827
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır