12px13px15px17px
Tarix:09/04/13

“Sony Xperia Z” artıq Azərbaycan bazarında

Azərbaycanda telefon həvəskarlarının həyəcanla gözlədiyi yapon firmasının son modeli "Sony Xperia Z" nəhayət ki, təqdim edildi. "Caspian Mobile" şirkətindən verilən məlumata görə, yeni modelə maraq gözləndiyindən də artıq olub.

Oxucuların böyük marağını nəzərə alan şirkət telefonun "Full HD" ekranı, performansı və yeni interfeysi ilə əlaqədar geniş açıqlama verib. Məlumatda bildirilir ki, xüsusən gənclərin böyük marağına səbəb olan yeni model "Sony Xperia Z", 1920 x 1080 piksel dəqiqlikli, 5 düym LCD ekrana sahibdir. "Sony" prosessor olaraq "Qualcomm"un çıxardığı dördnüvəli "S4 Pron"-u seçmişdir.

"Android 4.1.2" əməliyyat sistemi və "Sony" interfeysə sahib telefonun batareyası 2.300 mAh güc təmin edir. "Sony Xperia Z"-in korpusu, çox möhkəm mineral şüşə ilə örtülüdür. Korpusun künclərində şüşəni zərbələrə qarşı qoruyan kauçuk örtük var.

Ekranın üzərində isə toz və suya qarşı dayanıqlı qoruyucu şüşə yerləşdirilib. Olduqca böyük bir ekrana sahib olmasına baxmayaraq çox dar bir çərçivəyə sahib olduğundan, bənzər telefonlarla müqayisə etsək, "Xperia Z"-i əldə tutmaq daha rahatdır. Korpusun qüsursuz dizaynı əsas xüsusiyyətlərinin başında gəlir. "Xperia Z"-in 13 meqapiksel dəqiqlikli kamerasının, dəqiqədə 1.000 kadr fotoşəkil çəkəcək qədər sürətli olduğu deyilir. Telefonun kamera tətbiqində saysız çəkiliş variantı mövcuddur.

Fotoşəkil keyfiyyəti haqqındakı ilk təəssüratımız çox yaxşı olduqları istiqamətindədir. "Xperia Z"-in "Full HD" dəqiqlikli ekranı həqiqətən çox təsiredicidir: parlaq ekran, zəngin rəng çaları və görünüş çox dəqiqdir. Xüsusilə ağ rəngin təmsili çox təsiredicidir.

"Xperia Z"-in sistemi 1,5 GHz "Qualcomm" dördnüvəli "Snapdragon S4" prosessoru , 2 GB RAM, 16 GB daxili yaddaşa, batareyası 2.300 mAh gücünə sahibdir. "Sony"-nin yeni interfeysinin də çox yaxşı bir nümunə çıxardığını əlavə etməmiz lazımdır. İnterfeys dizaynı, məsələn, kilid ekranı, telefonun ümumi dizaynıyla çox uyğundur.

Ekrana uzun müddət basılı saxladıqda alt hissədə, bütün tətbiqlərin, "widget"ların və mövzuların qısa yollarının olduğu bir çubuq meydana çıxır. İstənilən tətbiqi açmaq üçün tətbiqin simvolunu tutub ana ekrana çıxartmaq kafidir. "Sony Xperia Z"-dən əldə etdiyimiz ilk təəssürat, qətiliklə gördüyümüz ən yaxşı "ağıllı" telefonlardan biri olduğu istiqamətindədir. Telefon bazarında kifayət qədər digər "ağıllı" telefonlara rəqib olacağı artıq göz önündədir.

RƏVAN



Baxış sayı: 3363

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024