Tarix:10/04/13
Sərgidə yerli şirkətlərlə yanaşı, 23 ölkədən ümumilikdə 79 şirkət öz məhsul və xidmətlərini təqdim edəcəkdir. Burada su təchizatı sistemləri, tullantı və yağış sularının təmizlənməsi, mikrotunellərin tikintisi, suyun analizi üçün ölçmə və tənzimləmə texnologiyaları, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermal texnologiyalar, dəniz suyunun duzsuzlaşdırılması texnologiyaları və digər sahələr üzrə məhsullar, xidmətlər və texnologiyalar nümayiş etdiriləcəkdir.
Tədbirdə qeyd olunub ki, işgüzar proqramın əsas hissələrindən biri də ilk dəfə keçiriləcək Xəzər Beynəlxalq Su Texnologiyaları Forumudur.
Sərginin ikinci günü, aprelin 12-də "Hilton Baku" otelində başlanacaq forumda "XXI əsr – içməli suyun təmizlənməsi üçün innovativ texnologiyalar", "Su mənbələrinin qiymətləndirilməsi və müqayisəli təhlilinin ekspress-metodları", "Mühəndis kommunikasiyalarının yoxlanılması və xəndəksiz inşası üsulları" və başqa mövzular ətrafında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Sabah Beynəlxalq Su Texnologiyaları Sərgisi və Forumu start götürəcək
Aprelin 11-dən 13-dək Azərbaycanda ilk dəfə Bakı Ekspo Mərkəzində su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi üzrə Xəzəryanı regionun yeganə ixtisaslaşdırılmış tədbiri "CATEF 2013"- Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisi və Forumu keçiriləcək.Sərgidə yerli şirkətlərlə yanaşı, 23 ölkədən ümumilikdə 79 şirkət öz məhsul və xidmətlərini təqdim edəcəkdir. Burada su təchizatı sistemləri, tullantı və yağış sularının təmizlənməsi, mikrotunellərin tikintisi, suyun analizi üçün ölçmə və tənzimləmə texnologiyaları, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermal texnologiyalar, dəniz suyunun duzsuzlaşdırılması texnologiyaları və digər sahələr üzrə məhsullar, xidmətlər və texnologiyalar nümayiş etdiriləcəkdir.
Tədbirdə qeyd olunub ki, işgüzar proqramın əsas hissələrindən biri də ilk dəfə keçiriləcək Xəzər Beynəlxalq Su Texnologiyaları Forumudur.
Sərginin ikinci günü, aprelin 12-də "Hilton Baku" otelində başlanacaq forumda "XXI əsr – içməli suyun təmizlənməsi üçün innovativ texnologiyalar", "Su mənbələrinin qiymətləndirilməsi və müqayisəli təhlilinin ekspress-metodları", "Mühəndis kommunikasiyalarının yoxlanılması və xəndəksiz inşası üsulları" və başqa mövzular ətrafında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Baxış sayı: 761
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır