Tarix:10/04/13
O, e-dövlət və dövlət sirri dövr edən informasiya sistemlərinin mahiyyəti, bu sistemlərin təhlükəsizlik problemləri ilə məşğul olan elmi mərkəzlər, laboratoriyalar və alimlər haqqında məlumat verib. E-dövlət mühitinin formalaşmasının dövlət sirrinin təhlükəsizliyi sahəsində yeni problemlərin meydana gəlməsinə təkan verdiyini bildirən D.Rüstəmov bu sahədə mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi, milli standartların beynəlxalq standartlar mühitinə inteqrasiyası və informasiya mühafizəsi vasitələrinin yaradılmasının zəruriliyindən danışıb.
İnstitutun sektor müdiri İradə Ələkbərova “Viki-mühitdə informasiya müharibəsi problemləri” mövzusunda çıxış edib. Bildirilmişdir ki, qlobal informasiya infrastrukturunun inkişafı, internetdən istifadə etməklə Azərbaycana pozitiv və neqativ təsirlərin güclənməsi ölkəmizdə informasiya müharibəsi texnologiyalarının araşdırılmasına tələbat yaradıb.
İ.Ələkbərova “Vikipedia” ilə əlaqədar statistik məlumatları diqqətə çatdırıb. Dünyanın ən populyar 5 saytı sırasına daxil olan “Vikipedia”da 24 milyon məqalə, 17 milyon şəkil və media faylları mövcuddur. Saytda qeydiyyatda olan istifadəçilərin sayı 34 milyondur. Ay ərzində “Vikipedia”nın saytına 4 milyard insan daxil olur.
O, həmçinin viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi, onlayn ensiklopediyanın azərbaycandilli bölməsində məqalələrin artım dinamikası, ensiklopediyanın inkişafına dövlət dəstəyi və digər məsələlər barəsində söhbət açıb.
RƏVAN
“İnformasiya təhlükəsizliyinin elmi-praktiki problemləri” üzrə növbəti elmi seminar keçirilib
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya təhlükəsizliyinin elmi-praktiki problemləri” üzrə növbəti elmi seminar keçirilib. İnstitutun doktorantı Davud Rüstəmov “e-dövlət mühitində dövlət sirri təşkil edən məlumatların mühafizəsi sahəsində elmi-nəzəri problemlərin analizi” adlı məruzəsini təqdim edib.O, e-dövlət və dövlət sirri dövr edən informasiya sistemlərinin mahiyyəti, bu sistemlərin təhlükəsizlik problemləri ilə məşğul olan elmi mərkəzlər, laboratoriyalar və alimlər haqqında məlumat verib. E-dövlət mühitinin formalaşmasının dövlət sirrinin təhlükəsizliyi sahəsində yeni problemlərin meydana gəlməsinə təkan verdiyini bildirən D.Rüstəmov bu sahədə mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi, milli standartların beynəlxalq standartlar mühitinə inteqrasiyası və informasiya mühafizəsi vasitələrinin yaradılmasının zəruriliyindən danışıb.
İnstitutun sektor müdiri İradə Ələkbərova “Viki-mühitdə informasiya müharibəsi problemləri” mövzusunda çıxış edib. Bildirilmişdir ki, qlobal informasiya infrastrukturunun inkişafı, internetdən istifadə etməklə Azərbaycana pozitiv və neqativ təsirlərin güclənməsi ölkəmizdə informasiya müharibəsi texnologiyalarının araşdırılmasına tələbat yaradıb.
İ.Ələkbərova “Vikipedia” ilə əlaqədar statistik məlumatları diqqətə çatdırıb. Dünyanın ən populyar 5 saytı sırasına daxil olan “Vikipedia”da 24 milyon məqalə, 17 milyon şəkil və media faylları mövcuddur. Saytda qeydiyyatda olan istifadəçilərin sayı 34 milyondur. Ay ərzində “Vikipedia”nın saytına 4 milyard insan daxil olur.
O, həmçinin viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi, onlayn ensiklopediyanın azərbaycandilli bölməsində məqalələrin artım dinamikası, ensiklopediyanın inkişafına dövlət dəstəyi və digər məsələlər barəsində söhbət açıb.
RƏVAN
Baxış sayı: 852
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır