12px13px15px17px
Tarix:10/04/13

Ali məktəblərdə hazırlanan İT mütəxəssislərinin təcrübə keçməsi üçün imkan yaratmaq lazımdır

Azərbaycanda informasiya texnologiyaları ixtisaslarının adlarının və çeşidlərinin beynəlxalq səviyyəyə qaldırılmasına ehtiyac var.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən "İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları" mövzusunda konfrans çərçivəsində çıxışında Azərbaycan Universitetinin nümayəndəsi Vahid Qasımov bildirib ki, Azərbaycan ali məktəblərinə qəbul cəmi bir neçə ixtisas üzrə aparılır.

"Bu ixtisasların adları və çeşidi beynəlxalq səviyyədə qəbul edilmiş standartlara uyğun gəlmir. Azərbaycan ali məktəblərində müvafiq səviyyəli İT mütəxəssislərinin hazırlanmasında onlar üçün təcrübə keçmək imkanı yaratmaq lazımdır. Bu, bizim ali təhsil səviyyəsində nəzərdə tutulmuş bir neçə ay ərzində keçirilən təcrübə kimi olmamalıdır. Onlara təhsil almaqla yanaşı, bu sahə üzrə işləmək imkanı yaratmaq lazımdır ki, sonda biz diplomla təmin edilmiş orta əməkhaqqı almaq istəyən, lakin təcrübəsiz və bacarıqsız kadrlar əldə etməyək", - deyə o bildirib.

Konfrans iştirakçılarının sözlərinə əsasən, hazırda Azərbaycanda tanınmış kontent istehsalçıları bu bacarıqlara oxuduğu ali məktəbdə yiyələnməyib. "Onların əksəriyyəti tanınmış dünya İT şirkətlərinin seminar və treninqlərində iştirak edərək və öz üzərilərində işləyərək və biliklərini təkmilləşdirərək olduqları səviyyəyə çatıblar", - deyə mütəxəssislər qeyd ediblər.

Aynur Vəliyeva



Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024