Tarix:10/04/13
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları" konfransında çıxışında "StartUp Azərbaycan" layihəsinin Təşkilat komitəsinin nümayəndəsi Ülvi Aslanov bildirib ki, ölkədə elektron ticarətlə məşğul olmaq istəyən sahibkarlar bu sahədə qanunvericiliklə tanış olmaq istədikdə böyük problemlərlə üzləşirlər.
"Bəzi hallarda tələb olunan qanunvericilik aktlarını tapmaq ya çətin olur, ya da ümumiyyətlə, onlar mövcud olmurlar. Bütün bunlar bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarların fəaliyyətinə əngəl yaradır. Əsasən də bu problemlər beynəlxalq səviyyədə onlayn ödənişləri həyata keçirmək mexanizmlərinin işlədilməsini nəzərdə tutan layihələrə təsadüf edir. Eyni zamanda kiçik sahibkarlıqla məşğul olmaq istəyən və cəmi 3-4 min manat ilkin kapitalı olan tələbələr və digər kontent yaradıcıları göstərdikləri xidmətlər üçün nəzərdə tutulan vergi rüsumlarının həddindən artıq yüksək olmasından şikayətlənirlər", - deyə o bildirib.
Aynur Vəliyeva
Elektron ticarət xidmətlərinin təşkilini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var
Azərbaycan startup yaradıcıları ölkədə e-ticarət fəaliyyətinin həyata keçirilməsi üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac olduğunu bildiriblər."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları" konfransında çıxışında "StartUp Azərbaycan" layihəsinin Təşkilat komitəsinin nümayəndəsi Ülvi Aslanov bildirib ki, ölkədə elektron ticarətlə məşğul olmaq istəyən sahibkarlar bu sahədə qanunvericiliklə tanış olmaq istədikdə böyük problemlərlə üzləşirlər.
"Bəzi hallarda tələb olunan qanunvericilik aktlarını tapmaq ya çətin olur, ya da ümumiyyətlə, onlar mövcud olmurlar. Bütün bunlar bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarların fəaliyyətinə əngəl yaradır. Əsasən də bu problemlər beynəlxalq səviyyədə onlayn ödənişləri həyata keçirmək mexanizmlərinin işlədilməsini nəzərdə tutan layihələrə təsadüf edir. Eyni zamanda kiçik sahibkarlıqla məşğul olmaq istəyən və cəmi 3-4 min manat ilkin kapitalı olan tələbələr və digər kontent yaradıcıları göstərdikləri xidmətlər üçün nəzərdə tutulan vergi rüsumlarının həddindən artıq yüksək olmasından şikayətlənirlər", - deyə o bildirib.
Aynur Vəliyeva
Baxış sayı: 742
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır