12px13px15px17px
Tarix:12/04/13

Geologiya İnstitutunun elmi nəticələri Avstriya alimlərinin köməyi ilə elektronlaşdırılacaq

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun elmi nəticələri Avstriya alimlərinin köməyi ilə elektronlaşdırılacaq. Bu razılaşma institut əməkdaşlarının Avstriyanın J.Kepler adına Linz Universitetinə səfəri zamanı əldə edilib.

"ICTnews" elektron xəbər xidmətinə səfər barədə məlumat verən Geologiya İnstitutunun Mətbuat xidmətinin rəhbəri Səid Hüseynov bildirib ki, AMEA-nın müxbir üzvləri Hətəm Quliyev və Qalib Əfəndiyev informasiya texnologiyaları və proqramlaşdırma sahəsində fəaliyyət göstərən universitetin elmi tədqiqat istiqamətləri, nailiyyətləri, mərkəzləri, metodika imkanları və potensialı ilə yaxından tanış olublar:

"Universitetin rəhbər heyəti ilə görüşən alimlərimiz də Geologiya İnstitutunun geofizika və neft-qaz quyularının qazılması istiqamətlərində əldə etdiyi elmi nəticələr haqda geniş məlumat veriblər. Həmin nəticələr üzrə müasir kompüter proqramlarının hazırlanması imkanları müzakirə edilib. Müzakirələrdə Avstriya tərəfindən universitetin aparıcı mütəxəssisləri – Bruno Buçberqer, Volfqanq Freiseisen, Friedriç Baldinqer və Daniella Denes-Ramskoqler iştirak ediblər".

S.Hüseynovun sözlərinə görə, tərəflər əməkdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəliblər. Razılaşmaya görə, Linz Universiteti qeyd olunan kompüter proqramlarının tərtibi üçün öz təcrübəsini Geologiya İnstitutu ilə bölüşəcək:

"Bu işin ilkin mərhələsinin maliyyə xərclərini Avstriya tərəfi öz boynuna götürüb. Sonra Geologiya İnstitutunun alimləri geoloji mühiti təşkil edən süxurların fiziki-mexaniki xassələrinə dair təqdimatla çıxış ediblər və təqdimat avstriyalı alimlər tərəfindən maraqla qarşılanıb".

HƏQİQƏT



Baxış sayı: 799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024